Azərbaycan futbolunda son 10 ilin rekordu təkrarlandı - 12:0
Futbol üzrə Azərbaycan II Liqasında "Sheki City" son 10 mövsümün rekorduna imza atıb.
Çempionatın 2-ci turunda "Araz Saatlı"nın qonağı olan Şəki təmsilçisi meydan sahiblərinin qapısından 12 cavabsız top keçirib.
Ölkəmiqyaslı yarışlarda bir komandanın 12 qol vurması və 12 top fərqi ilə qalib gəlməsi son 10 mövsümdə ilk dəfə yaşanıb. Sonuncu belə matç 2015/16 mövsümündə baş tutub. 2015-ci il sentyabrın 11-də "Energetik"in qonağı olan "Neftçala" səfərdə 12:0 hesablı qələbə qazanıb.
"Sheki City" çempionat və kubokun PFL bayrağı altında keçirildiyi dövrdə ən böyükhesablı qələbə qazanan və bir matçda ən çox qol vuran "Neftçala"nın bu rekordlarını təkrarlayıb. 2008/09 mövsümündən başlayan dövrdə 12 və ya daha çox top vuran və belə fərqlə qalib gələn başqa komanda olmayıb.
Saatlıdakı qarşılaşma həm də II Liqanın XXI əsrdə keçirilən oyunları üçün mütləq rekorddur. Uzun fasilədən sonra bərpa olunan və ardıcıl 3-cü dəfə keçirilən II Liqada bunadək ən böyük hesab 10:0 olub. 2024/25 mövsümündə "Araz Saatlı"nın qonağı olan "Şəfa" meydan sahiblərinin qapısından 10 cavabsız top keçirib.//oxu.az
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1010 Tarix: 15 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah"ın yetirməsi Səbuhi Qurbanov "Xankəndi" klubuna keçib
"Sabah" klubunun yetirməsi Səbuhi Qurbanov karyerasını "Xankəndi"də davam etdirəcək. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Xatırladaq ki, Səbuhi Qurbanov "Sabah"ın aşağı yaş üzrə və əvəzedicilərdən ibarər komandalarınd
1 sentyabrElvin Cəfərquliyev əməliyyat olundu
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən futbolçumuz Elvin Cəfərquliyev əməliyyat olunub. xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunu
2 sentyabrNyu-Yorkda İnfantinoya qarşı banner peyda oldu
ABŞ-nin Nyu-York şəhərinin Tayms-Skver meydanında Canni İnfantinonun yenidən FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) prezidenti seçilməsinə qarşı banner peyda olub. -ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib. "FIFA liderə layiqdir, tacirə deyil",
5 sentyabr"Vilyarreal" 3 gənc futbolçusunu komandaya cəlb edib
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın "Vilyarreal" klubu akademiyasının 3 yetirməsi - Karlos Masia, Ruben Qomes və Alassan Diattanı komandaya cəlb edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gənc futbolçular 2026/202
1 sentyabr"Fənərbaxça" 18 ildən sonra ÇL-ə vəsiqə qazandı
Türkiyənin "Fənərbaxça" klubu 18 illik həsrətə son qoyaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Fransanın "Olimpik Lion" klubunu məğlub edərək bu uğura imza atıb
27 avqustToralın komandası qələbə qazandı - Video
Millimizin müdafiəçisi Toral Bayramovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu doğma meydanda "İstanbulspor"u qəbul edib. "Qafqazinfo" verir ki, oyun "Bursaspor"un 4:0 hesablı qələbəsi ilə başa çatıb. Toral Bayramov oyunun 70-ci dəqiqəsində meydana daxil olub
4 sentyabr"Barselona" "Sabah"a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib
Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Monakoda baş tutacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu "Sabah" 4-c
27 avqust