"Dünyada ölkəmizlə əməkdaşlığa maraq böyükdür" - AÇIQLAMA

"Dünyada ölkəmizlə əməkdaşlığa maraq böyükdür" - AÇIQLAMASentyabrın 22-də Azərbaycan Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə işgüzar səfərə gedib. 150-dən çox dövlət və hökumət başçısı iştirak etdiyi BMT Baş Assambleyasının yubiley sessiyasında ölkə başçısı qarşı tərəflərin müraciətləri əsasında bir sıra dövət başçıları, beynəlxalq təşkilat və şirkətlərin rəhbərləri ilə görüşlər keçirib.

"Qeyd edilməlidir ki, 1992-ci il martın 2-dən BMT üzvü olan respublikamız bu qurumun tribunasından ilk gündən qlobal diqqəti torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsinə yönəldib" - bunu Sonxeber.az -a açıqlama verən Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsrafil Kərimov deyib:

"Respublikamızla BMT arasında əlaqələrin inkişafı, xüsusən təşkilatın tribunasından daha səmərəli yararlanmaq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı dövrə təsadüf edir. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə daha çox cəlb etməyə başladı.
Prezident İlham Əliyev xarici siyasətdə BMT ilə əlaqələrin inkişafına mühüm önəm verir. Dövlətimizin başçısı bu qurumun sessiyalarında iştirakı zamanı hər zaman diqqəti artıq həllini tapmış Qarabağ probleminə yönəltmiş, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdü.
Prezident İlham Əliyev hər zaman BMT Baş Assambleyasının sessiyalarında və bu qurumun digər tədbirlərində xüsusi ehtiramla qarşılanıb. Dövlətimizin başçısının bu çərçivədə etdiyi çıxışlar, keçirdiyi görüşlər həmişə diqqətlə izlənilib, maraqla qarşılanıb. Hazırda dünyanın diqqəti BMT Baş Assambleyasının 80-ci sessiyasına yönəlib. Azərbaycan Prezidenti İlham Əliyev bu mötəbər qlobal siyasi tədbirin ən nüfuzlu qonaqları sırasındadır.
Sentyabrın 25-də Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında bir sıra mühüm məsələlərə toxunaraq qeyd edərək deyib: "Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam".
Öz çıxışında dövlət başçısı 30 ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsinə xüsusi yer ayırıb. Bildirib ki, 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü.
"Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi", - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı Ermənistanla sülh danışıqları ilə bağlı fikirlərini bölüşüb. Dövlətimizin başçısı deyib ki, biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsipi irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi".
Artıq Qarabağ problemi başa çatıb, Azərbaycan dövləti həm də BMT Nizamnaməsinə söykənərək torpaqlarını işğaldan azad edib, özünün ərazi bütövlüyünə nail olub. Bununla da dövlətimiz BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin yerinə yetirilməsini təmin edib. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən tanınır.
Prezident İlham Əliyev isə BMT Baş Assambleyasının 80-ci sessiyasında nüfuzlu dövlət başçısı olmaqla yanaşı, həm də qalib Lider, Müzəffər Ali Baş Komandan kimi iştirak edir. BMT tribunasındakı çıxışçında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan yeni bir dövrə qədəm qoyub. Dövlətimizin başçısı qeyd edib: "Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq".
Torpaqlarını işğaldan azad edən Azərbaycanın yürütdüyü uğurlu siyasət və Prezident İlham Əliyevin nüfuzu bölgədə sülhü təmin etməklə bərabər, əməkdaşlığa böyük töhfələr verir. Əlbəttə ki, bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərinin daha da güclənməsinə, xarici şirkətlərin respublikamızla əməkdaşlığa daha böyük maraq göstərmələrinə əhəmiyyətli dərəcədə təsir edir. Prezident İlham Əliyevin Nyu Yorkda qarşı tərəflərin müraciətlərinə əsasən keçirdiyi çoxsaylı görüşlər də bunu təsdiqləyir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 946   Tarix: 26 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:. "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfində

15 oktyabr
.

Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammiti çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub. -ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova açıqlam

15 oktyabr
.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr
.

Qardaşlığa qarşı informasiya savaşı: Türkiyədə Azərbaycana yönələn hücumların arxasında nə dayanır?

Türkiyənin sosial media məkanında Azərbaycana qarşı son günlər müşahidə olunan qərəzli paylaşımlar, ictimai nüfuza malik şəxslərin səsləndirdiyi ittihamlar, siyasi dairələrdən gələn mübahisəli açıqlamalar və Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyalar artıq sadəcə sosial şəbəkə mübahisəsi kim

15 oktyabr
.

İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirv

14 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr
.

Prezident: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"

"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib. "Biz sülh təkli

15 oktyabr
.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14 oktyabr