"Bu gün Azərbaycan əsas söz sahiblərindən biridir"

"Bu gün Azərbaycan əsas söz sahiblərindən biridir"Sentyabrın 22-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyası öz işinə başlayıb. 150-dən çox dövlət və hökumət başçısı iştirak etdiyi BMT Baş Assambleyasının yubiley sessiyası dünya ölkələrini bir araya gətirərək, beynəlxalq ictimaiyyətin qarşısında duran sülh, təhlükəsizlik, davamlı inkişaf və iqlim dəyişikliyi kimi həyati məsələlərin müzakirəsinə imkan yaratdı. Sessiyada dövlət və hökumət başçıları, diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək, çağdaş dünyanın üzləşdiyi çağırışlar və onlara qarşı birgə mübarizə yolları haqqında fikirlərini bölüşdülər. Xüsusilə, davam edən silahlı münaqişələr, qlobal ərzaq böhranı, enerji təhlükəsizliyi ilə bağlı çətinliklər, yoxsulluğun azaldılması, bərpaolunan enerji mənbələrinin təşviqi və rəqəmsal transformasiya kimi məsələlər əsas müzakirə mövzularından biri oldu.
Azərbaycan bu sessiyada fəal iştirak edərək, öz mövqeyini və prioritetlərini beynəlxalq ictimaiyyətə çatdırdı. Ölkəmizin regional təhlükəsizlik, enerji əməkdaşlığı və dayanıqlı inkişaf sahəsindəki təşəbbüsləri yüksək qiymətləndirildi. Azərbaycanın BMT-nin 80 illik yubiley tədbirində təmsil olunması, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki artan rolunu və qlobal proseslərdə fəal iştirakını bir daha aydın şəkildə nümayiş etdirir. Bu iştirak ölkəmizin yalnız regional deyil, eyni zamanda, beynəlxalq səviyyədə sülhün, təhlükəsizliyin və davamlı inkişafın təşviqi sahəsindəki mövqeyini və təşəbbüslərini BMT tribunasından ifadə etmək imkanlarını uğurla dəyərləndirdiyini göstərir. Azərbaycanın bu yüksək səviyyəli tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin beynəlxalq hüquqa, çoxtərəfli əməkdaşlıq prinsiplərinə və BMT-nin əsas məqsəd və vəzifələrinə sadiqliyinin bariz nümunəsidir. Bu, Azərbaycanın qlobal məsələlərə yalnız izləyici deyil, fəal tərəfdaş kimi yanaşdığını, milli maraqlarla yanaşı, ümumbəşəri dəyərlərin müdafiəsinə də töhfə vermək niyyətində olduğunu nümayiş etdirir.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci yubiley sessiyasında Prezident İlham Əliyev deyib ki: "Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam".
Bildirib ki, otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Bununla da onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı.
44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. "Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi", - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı həmçinin Ermənistanla sülh danışıqları ilə bağlı fikirlərini bölüşüb. Dövlətimizin başçısı deyib ki, biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsipi irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi".
Dövlət başçımızın Nyu-Yorka işgüzar səfəri həm ikitərəfli görüşlərin əhatə dairəsi, həm də beynəlxalq tribuna olan BMT Baş Assambleyasında planlaşdırılan çıxışı ilə beynəlxalq ictimaiyyətin diqqətindədir. Bu səfərin ən mühüm məqamlarından biri isə Prezidentin dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri ilə keçirdiyi yüksək səviyyəli görüşlərdir.
Ölkəmizin ABŞ-ın aparıcı investisiya şirkətləri və Avropa dövlətləri ilə formalaşan yeni əməkdaşlıqları Azərbaycanın iqtisadi gələcəyi üçün bir sıra strateji üstünlük vəd edir. Birincisi bu əməkdaşlıqlar Azərbaycanın qlobal maliyyə və texnologiya axınlarına daha sıx inteqrasiyasını təmin edir. Belə bir inteqrasiya yalnız kapital yatırımı ilə məhdudlaşmır, eyni zamanda qabaqcıl idarəetmə təcrübələrinin, innovativ yanaşmaların və rəqəmsal transformasiya alətlərinin ölkəyə gətirilməsinə imkan yaradır. İkincisi, yeni tərəfdaşlıqlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesini sürətləndirə bilər. Enerji sektoru ilə yanaşı, sənaye, yaşıl texnologiyalar, aqrobiznes, səhiyyə və maliyyə texnologiyaları kimi sahələrdə də sərmayə imkanlarının genişlənməsi, iqtisadiyyatın dayanıqlılığını artıracaq. Üçüncüsü, belə əməkdaşlıqlar Azərbaycanın beynəlxalq reytinqlərdə və investisiya cəlbediciliyi indekslərində mövqeyinin daha da möhkəmlənməsinə səbəb ola bilər. Bu isə gələcəkdə daha genişmiqyaslı layihələr üçün əlavə sərmayələrin cəlb edilməsini asanlaşdıracaq.
Qeyd edək ki, bu cür strateji tərəfdaşlıqlar ölkəmizin regional liderlik mövqeyini gücləndirməklə yanaşı, enerji tranziti, logistika və ticarət qovşağı kimi rolunu daha da möhkəmləndirəcək. Dövlət başçımızın BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirdiyi görüşlər həm regional sülh gündəliyini, həm də qlobal maliyyə və enerji əməkdaşlığı məsələlərini əhatə edib. Səfərin diqqətçəkən məqamlarından biri isə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla səmimi söhbəti olub. Bu dialoq Azərbaycan-ABŞ münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Görüşlər zamanı müzakirə olunan məsələlər regional təhlükəsizlik, enerji əməkdaşlığı və çoxtərəfli əməkdaşlıq formatlarında əlaqələrin dərinləşdirilməsi kimi önəmli istiqamətləri əhatə etməklə, Azərbaycanın strateji tərəfdaş kimi önəmini bir daha ön plana çıxarır. Ümumilikdə Prezident İlham Əliyevin Nyu-York gündəliyi Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də diplomatik baxımdan güclənməsinin göstəricisidir. Bu cür diplomatik fəallıq, eyni zamanda, Azərbaycanın beynəlxalq tərəfdaşları ilə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığını dərinləşdirməyə hazır olduğunu göstərir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 804   Tarix: 26 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Melonini belə qarşıladı - Video

Xəbər verdiyimiz kimi, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, onu Prezident İlham Əliyev qarşılayıb. Qeyd edək ki, İlham Əliyev və Ciorcia Meloninin təkbətək görüşü keçirilib

4 may
.

İlham Əliyev bir qrup şəxsi medalla təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan xalçaçılarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təlti

4 may
.

"Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur" - DEPUTAT

"Cənab prezident İlham Əliyev milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edib və onlarla görüşüb. İdmançılarimizin bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər". Bun

4 may
.

Azərbaycan Prezidenti: "Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur"

"2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatizmə son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və 30 il kağız üzərində qalan 4 qətnaməsini biz özümüz həyata keçirdik. Bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi". AZƏRTAC-a istinadə

4 may
.

İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır

İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloni mayın 4-də Azərbaycana səfərə gəlib. Corcia Meloninin Bakı səfəri İtaliyanın Cənubi Qafqaz strategiyası baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Roma üçün regionda enerji, ticarət və sənaye baxımından əsas tərəfdaşlardan biridir. Bu səfə

6 may
.

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13

12 may
.

Meloninin Azərbaycana səfəri başa çatdı

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana işgüzar səfəri mayın 4-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İtaliyanın Nazirlər Şurasını

4 may
.

Prezidentin adından Meloninin şərəfinə şam yeməyi verildi - Fotolar

Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin şərəfinə işçi şam yeməyi verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

4 may
.

Azərbaycanda yeni agentlik yaradılır - FƏRMAN

Prezident İlham Əliyev Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılır. Fərmanla müəyyən edili

14 may