Azərbaycan ilə İtaliya arasında geniş strateji tərəfdaşlıq mövcuddur

Azərbaycan ilə İtaliya arasında geniş strateji tərəfdaşlıq mövcuddurAzərbaycan ilə İtaliya arasındakı münasibətlər uzun illərdir ki, strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir. Bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin uzaqgörən siyasəti və liderliyi xüsusi rol oynayır. Onun təşəbbüsü ilə iki ölkə arasında yalnız siyasi deyil, eyni zamanda iqtisadi, enerji, təhsil və mədəni sahələrdə də etibarlı və qarşılıqlı faydalı əməkdaşlıq formalaşıb.
İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb, həmin ilin mayın 8-də isə iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi açılıb. Ümummilli Lider Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Ulu Öndərin səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanmışdı. Həmin səfərdən sonra qarşılıqlı münasibətlər və əlaqələr artan xətt boyunca inkişaf etməyə başladı və bundan sonra bir sıra səfərlər həyata keçirildi.
İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri baş tutub. Böyük uğurla keçən səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya, ixracın təşviqi və digər sahələri əhatə edən 28 sənəd imzalanıb.
Dövlətimizin başçısı həmçinin, İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə ötən ilin sentyabrın 4-də Romaya işgüzar səfəri də gerçəkləşmişdi və Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxış etmişdi. Sentyabrın 30-da Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri isə bu strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir və iki ölkə arasında qarşılıqlı etimadın, əməkdaşlığın və dostluğun daha da möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyev Azərbaycan–İtaliya əlaqələrinin inkişafında xüsusi rola malikdir. Onun diplomatik liderliyi, strateji baxışı və milli maraqları ön plana çıxaran siyasəti nəticəsində əlaqələr təkcə ikitərəfli deyil, həm də regional və qlobal səviyyədə nümunəvi tərəfdaşlıq xarakteri alıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, xüsusilə Cənub Qaz Dəhlizi Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da artırıb. Bu layihə İtaliya ilə strateji əməkdaşlığın dərinləşməsinə, qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Xam neft və neft məhsullarının ixracında İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşına çevrilib.
Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir. Ölkələr arasındakı illik ticarət dövriyyəsi hər il artmaqdadır və bu, İtaliyanın Cənubi Qafqaz regionunda əsas tərəfdaş olduğunu göstərir. İşğaldan azad edilmiş ərazilərin bərpası və infrastruktur layihələrində İtaliya şirkətlərinin iştirakı, həm iqtisadi əməkdaşlığın genişləndirilməsi, həm də iki ölkə arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Mədəni əlaqələrdən danışarkən isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarını da xüsusi qeyd etmək lazımdır. Bu baxımdan Vatikanda Heydər Əliyev Fondunun bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri mədəni dünya tərəfindən çox yüksək qiymətləndirilir. İtaliya ilə Azərbaycan arasında təhsil sahəsində də əməkdaşlıq inkişaf etməkdədir. Oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin açılışı da bunun bariz nümunəsidir.
İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və münasibətlərdə yeni səhifə açacaq. Həmçinin gələcək illərdə də İtaliya və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrini qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə xidmət göstərəcək. Beləliklə, iki ölkə arasında qarşılıqlı münasibətlər Avropa və Azərbaycan arasında əməkdaşlığın ən uğurlu nümunəsi kimi öz əhəmiyyətini daha da artıracaq.

Tufan Məmmədov – iqtisadçı ekspert


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 670   Tarix: 01 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı qey

15 oktyabr
.

Prezident: "BMT-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək"

"BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliye

15 oktyabr
.

İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub. AZƏRTAC-a istinadən xəbər verir ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətdiyini və nəticədə azərbaycanlı hərbçilərin həlak olduqların

15 oktyabr
.

İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirv

14 oktyabr
.

Emoməli Rəhmon Azərbaycana yola düşüb

2026-cı il oktyabrın 14-də Tacikistan Respublikasının rəhbəri Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına qatılmaq məqsədilə Azərbaycana yola düşüb. -ın məlumatına görə, bu barədə xəbəri Tacikistan dövlət başçısının mətbuat xidmət

14 oktyabr
.

Bakı Bəyannaməsi qəbul edilib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, xsənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli

15 oktyabr
.

Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətlərində qardaşlıq qarşılıqlı hörmətə və suverenliyə ehtirama əsaslanmalıdır

Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlığa, ortaq milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə söykənir. Bu münasibətlərin gücü yalnız ortaq tariximizdə deyil, həm də bir-birimizin dövlətçilik maraqlarına, suveren hüquqlarına və milli seçimlərinə hörmətlə yanaşmağımızdadır. Məhz buna gör

15 oktyabr
.

Prezident: "Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşib"

"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd

15 oktyabr
.

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini

14 oktyabr