"Elvinə bel bağlamaq olmaz" - Video
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin "Qarabağ"- "Kopenhagen" matçının oyunçusu seçilməsi haqda fikirlərini bölüşüb.
"Qafqazinfo" xəbər verir ki, təcrübəli mütəxəssis bu haqda oyundan sonra baş tutan mətbuat konfransında danışıb:
"Əlbəttə ki, buna sevinirəm. İlk olaraq, komandamın oyunçusunun seçilməsi. İkinci də, azərbaycanlının seçilməsi. Buna sevinirəm və böyük dəyər verirəm. Elvin heç də rahat futbolçu deyil. Dəfələrlə olub ki, öz idman formasından çox aşağı səviyyədə olub, sonra qalxıb. Elvində bir az stabillik çatışmır. Ancaq son matçlarda bir az özü də ciddiləşib. Bəlkə mən onunla daha ciddi rəftar edirəm. Ona bel bağlamaq olmaz. Hamımız ehtiyatlı olmalıyıq. İstənilən an öz bacarığından aşağı çıxış edə bilər. Bəlkə ona bir neçə il lazımdır ki, məsuliyyəti dərk etsin, daha ciddi və böyük olsun. Amma bir neçə ili gözləyəsi olsaq, işimiz yaxşı olmaz. Çalışırıq ki, hər şeyi əldə saxlayaq. Elvin daha ciddi olsa, futbol haqda çox fikirləşsə, potensialı bundan daha çoxdur.
- Sirr deyilsə, UEFA-nın oyunun ən yaxşı seçdiyi oyunçular beyninizdə olan seçimlərlə nə dərəcədə üst-üstə düşür?
- Heç birini ayırmaq istəməzdim. Çünki burada hər birinin haqqı var. Biri topla daha yaxşı rəftar etdi, biri yaxşı mübarizə apardı, digəri taktiki yaxşı oynadı. Hər futbolçu üzərinə düşəni artıqlaması ilə etdi. Məndən olsa, futbolçuların hamısını seçərdim.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1714 Tarix: 02 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd
22 oktyabr"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu
"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile
19 oktyabrCamal DÇ-yə qələbə ilə başladı - Yenilənir
Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq. "Qafqazinfo" xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar. M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq
10 oktyabrBakıda konkur üzrə "Omar" kuboku keçirilib
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib. Bu barədə -a Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Hündürlüyü 105-110 sm olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında starta 19 atlı çıxıb. Onlardan 11-i maneələri cərimə balı olmadan dəf edərək təkrar sıçrayış
12 oktyabrGüləşçimizdən DÇ-də gümüş medal
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb. "Qafqazinfo" xəbər verir ki, o, finalda qazaxıstanlı Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olub. Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək yarışda Azərbaycanı 23 güləşç
14 oktyabr"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib
Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "Zirə"nin futbolçusunun yubileyi "Şamaxı" ilə matça (1:1) təsadüf edib. 27 yaşlı müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə gerçəkləşə
12 oktyabrAzərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
Azərbaycanın futzal üzrə millisinin dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti bəlli olub. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Yığmaya 14 oyunçu dəvət alıb. Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək
14 oktyabrBu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu
17 oktyabr