Camal DÇ-yə qələbə ilə başladı - Yenilənir
Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq.
"Qafqazinfo" xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar.
M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi İtaliya təmsilçisi Asya Tavano olacaq.
Mundiala 1/32 finaldan start verəcək C.Qamzatxanov Çili cüdoçusu Fransisko Solislə qarşılaşacaq.
U.Kokauri və K.Nəsibov mübarizəyə 1/16 final mərhələsindən qoşulacaqlar. Kokaurinin rəqibi Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyev olacaq. Nəsibov isə Losseni Kone (Almaniya) - Vidak Malyeviç (Serbiya) görüşünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
***
Camal Qamzatxanov DÇ-yə qələbə başlayıb. O, 1/32 finalda Çili cüdoçusu Fransisko Solisi ipponla məğlub edib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 234 Tarix: 10 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Barselona" Rafinya ilə müqavilənin müddətini uzatdı
İspaniyanın "Barselona" klubu braziliyalı futbolçusu Rafinya ilə müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə italiyalı insayder Fabrizio Romano məlumat yayıb. Bildirilir ki, futbolçu ilə Kataloniya klubu arasında yeni müqavilə 2030-cu ilin iyununadək qüvvədə olacaq. Razılaşmanı
6 oktyabrRafinya "Barselona"nın növbəti iki oyununu buraxacaq
İspaniyanın "Barselona" komandasının hücumçusu Rafinya növbəti iki matçda iştirak etməyəcək. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik məlumat verib. Mütəxəssis braziliyalı futbolçunun zədələnmədiyini, lakin ehtiyatlı olmalı olduqların
9 oktyabrTomas Tuxel İngiltərə millisinin tarixində rekorda imza atıb
Almaniyalı mütəxəssis Tomas Tuxel İngiltərə milli komandasının tarixində 20 qələbə qazanmaqla rekorda imza atıb. xəbər verir ki, 53 yaşlı mütəxəssisə bu göstəriciyə çatmaq üçün 26 oyun kifayət edib. İngiltərə seçməsi UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupunun IV turunda Çexiyaya 3:0 hesabı il
7 oktyabrCüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb
Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda ABŞ-dən olan Conatan Yanqa məğlub olub. B.Ağayev daha əvvəl Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırmışdı
4 oktyabrZlatan İbrahimoviç 7 milyonluq avtomobil aldı - Fotolar
Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat)"Ferrari F80" alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. "Milan"da yüksək səviyyəli məsləhətçi vəzifəsində çalışan 45 yaşlı isveçli futbol əfsanəsi yeni avtomobilini
5 oktyabrElcan Hacıyev və Murad Fətiyevdən qələbə - Yenilənir
Azərbaycanın daha dörd cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq. "Qafqazinfo" xəbər verir ki, yarışın beşinci günündə Südabə Ağayeva (70 kq), Elcan Hacıyev, Murad Fətiyev və Süleyman Şükürov (hamısı 90 kq) tatamiyə çıxacaqlar. S.Ağayevanın 1/32 finaldakı rəqib
8 oktyabr