"Bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi üçün "anons" xarakteri daşıyır" - AÇIQLAMA
"Kopenhagen sammiti çərçivəsində Prezident İlham Əliyevlə Paşinyan arasında keçirilən görüşü bir neçə aspektdə dəyərləndirmək olar. İlk növbədə, görüşün məkanı və formatı təsadüfi deyil – "Avropa Siyasi Birliyi" platforması həm Azərbaycan, həm də Ermənistan üçün qlobal aktorlarla paralel şəkildə mesajlaşma imkanı yaradır. Yəni burada təkcə iki liderin dialoqundan yox, həm də Avropanın vasitəçi rolunun ön plana çıxmasından söhbət gedir".
Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd edib ki, ikinci məqam odur ki, görüşün Kopenhagen kimi neytral məkanda baş tutması tərəflərin Avropa diplomatiyasının təsiri altında müəyyən jestlər göstərmək istəklərini göstərir:
"Bu, xüsusilə Ermənistan üçün vacibdir, çünki Paşinyan daxili siyasətdə Qərblə yaxınlaşmaya çalışır, eyni zamanda Bakı ilə münasibətlərdə "dialoq görüntüsü" yaratmaq istəyir.
Üçüncü, Azərbaycan tərəfi bu cür görüşlərdə həmişə praqmatik yanaşma sərgiləyib. Prezident İlham Əliyev üçün əsas prinsip budur: konkret nəticə verəcək addımlar varsa, görüş faydalıdır; əgər sadəcə protokol görüşüdürsə, o zaman Bakı artıq bu təcrübəni çox görüb və emosional dəyərləndirmədən uzaqdır.
Dördüncüsü, Paşinyanın Kopenhagendəki masaya oturması Ermənistanın regionda alternativlərinin olmadığını bir daha göstərir. İrəvan nə qədər Qərbə inteqrasiya planlarından danışsa da, reallıqda təhlükəsizlik və sabitlik üçün Bakının mövqeyi həlledicidir.
Beşinci, bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi üçün "anons" xarakteri daşıyır. Yəni yekun sülh müqaviləsi üçün tərəflərin hələ də dialoqdan qaça bilmədiklərini təsdiqləyir.
Amma realist yanaşsaq, bu tip görüşlərdən dərhal nəticə gözləmək sadəlövhlük olar. Çünki Ermənistan tərəfi tez-tez daxili siyasi təzyiqlərə uduzur və masada razılaşdığı məsələləri sonradan geri çevirir.
Nəticə olaraq, Kopenhagen görüşü vacibdir – dialoqun davam etməsi özü bir siqnaldır. Amma bu görüşün gələcək münasibətlərin real dönüş nöqtəsi olub-olmadığını isə qarşıdakı aylar göstərəcək. Azərbaycanın mövqeyi sabitdir: yekun sülh sənədi imzalanmadan bölgədə sabitlikdən danışmaq hələ tezdir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
TRACTOR FC-dən İrandakı türklərin hüquqları ilə bağlı paylaşım: "Niyə söhbət İrandan gedəndə susursunuz?"