III MDB Oyunları: Bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək
III MDB Oyunları çərçivəsində bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək.
Sonxeber.az-ın "Report"a istinadən məlumatına görə, Qəbələ şəhər stadionunda futbol üzrə 3-cü və 5-ci yerlər uğrunda oyunlar təşkil olunacaq.
Belarus və Tacikistan milliləri bürünc medal üçün yarışacaq. Digər görüş isə Özbəkistan və Qırğızıstan arasında baş tutacaq.
Qəbələdə həmçinin qız və oğlan badmintonçuların fərdi, qoşa və qarışıq qoşa yarışları davam edəcək.
Yevlax Olimpiya İdman Kompleksində 46, 48, 50, 52, 54, 57, 60, 63, 66, 70, 75, 80 və +80 kq çəki dərəcəsində kişi boksçuların yarımfinal görüşləri baş tutacaq.
Şəki Olimpiya İdman Kompleksində azarkeşlər qız və oğlan gimnastların fərdi, həmçinin sinxron proqramda final mübarizəsini izləyəcək.
Gəncə İdman Sarayında qılıncoynadanların mübarizəsi davam edəcək.
Eyni məkanda azarkeşlər növbəti voleybol görüşlərinə şahidlik edəcək. A qrupunda Qırğızıstan və Rusiya üz-üzə gələcək. Azərbaycan yığması isə Özbəkistanla münasibətlərə aydınlıq gətirəcək.
Gəncədə həmçinin 40, 45, 46, 51, 53, 60, 61, 71, 92 kq çəki dərəcələrində güləşçilərin mübarizəsi baş tutacaq.
Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində 50, 55, 60, 67 kq çəki dərəcəsində qız və oğlan karateçilər yarışacaq.
Xankəndi şəhər stadionunda isə kamandan oxatma yarışı gerçəkləşəcək.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 652 Tarix: 03 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb
İtaliya A Seriyası təmsilçisi "Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb. xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 53 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə bağlanıb. D.Nikola bu postda A Seriyasının startındakı ardıcı
15 oktyabrAzərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar
18 oktyabrFIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır
Azərbaycan U-15 dünya çempionatına və festivalına hazırdır. xəbər verir ki, bu barədə FIFA sosial şəbəkə hesabından paylaşım edib. Ali futbol qurumu Bakıda keçiriləcək turnirlə bağlı post paylaşıb və Hövsan Yarış Kompleksinin hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb:. "Bura 66 günə AFFA tərəfində
22 oktyabrDanimarka millisinin sabiq baş məşqçisi Bu Yuhansson vəfat edib
Danimarka yığmasının sabiq baş məşqçisi Bu Yuhansson 84 yaşında vəfat edib. xəbər verir ki, bu barədə isveçli mütəxəssisin ailəsi məlumat yayıb. B.Yuhansson 1996-200-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 1998-ci ildə Fransada keçirilən dünya çempionatında 1/
15 oktyabrMessi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd
22 oktyabr