"Bu addımlar paraflanmış sülhün praktiki nəticələrini göstərir" - DEPUTAT
"2 oktyabr tarixində Kopenhagendə "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Bu görüş Tarixi Vaşinqton Sülh Sammitindən sonra iki ölkə rəhbəri arasında keçirilən ikinci görüşdür. Bundan öncə Çində ŞƏT+ formatında keçirilən Sammitdə tərəflər bir araya gəlmişdi. Sülh prosesi ərəfəsində bu cür görüşlərin keçirilməsi sülhün öz praktiki nəticələrini göstərdiyinin daha bir nümunəsidir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.
O, açıqlamasında qeyd edib ki, etimad-quruculuq tədbirləri çərçivəsində artıq tərəflər bir neçə addım atıb:
"Ermənistanın Baş nazirinin təyyarəsi Çinə Azərbaycanın hava məkanı üzərindən səfər edib. Daha sonra delimitasiya və demarkasiya prosesi çərçivəsində hər iki tərəf bir-birinin ərazisinə daxil olub. Müxtəlif beynəlxalq tədbirlərdə Ermənistan Təhlükəsizlik naziri Azərbaycana səfər edib, Azərbaycanın beyin mərkəzinin nümayəndəsi Ermənistanda tədbirdə iştirak edib, çıxış edib. Bu addımlar paraflanmış sülhün praktiki nəticələrini göstərir.
Təbii ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan ilk növbədə öz üzərinə düşəni yerinə yetirməlidir. Bu ölkə öz Konstitusiyasında və Müstəqillik aktında Azərbaycana ərazi iddialarını ümumxalq səsverməsi yolu ilə çıxarmalıdır. Bunun üçün tərəflərin razılaşması mövcuddur. Bu baxımdan, sülh prosesinin gedişatı, Ermənistan tərəfindən sözügedən dəyişiklik üçün, Vaşinqton görüşünün nəticələrinin xatırladılması üçün və Zəngəzur dəhlizinin (TRİPP) açılması ilə bağlı görülən işləri müzakirə etmək üçün "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı zamanı imkan yaranmış oldu".
Vüsalə İbarhimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
Belə pomidorları almayın
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq