"Azərbaycan-İtaliya münasibətləri yalnız enerji və ticarət sahəsi ilə məhdudlaşmır" - DEPUTAT
"Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə görüşü və sentyabrın 30-da mətbuata verilən bəyanatlar təsdiq edir ki, Azərbaycan-İtaliya münasibətləri yalnız ikitərəfli formatla məhdudlaşmır, həm də regional və qlobal əhəmiyyət kəsb edən strateji tərəfdaşlığa çevrilib. Son 7 ildə dövlət başçıları arasında keçirilmiş görüşlər bu tərəfdaşlığın müsbət dinamikasını əks etdirir. Artıq Azərbaycanla İtaliya arasında iki strateji tərəfdaşlıq sənədi imzalanıb. Bu fakt diplomatik əlaqələrin uzunmüddətli və dayanıqlı tərəfdaşlıq modelinə keçdiyini göstərir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.
O, açıqlamasında qeyd edib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və burada enerji üzrə layihələr əsas yer tutur:
"Azərbaycanın xam neft ixracında İtaliyanın lider mövqeyi, qaz idxalında isə ikinci yerdə olması bu ölkənin enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətini aydın şəkildə ortaya qoyur. Trans-Adriatik Boru Kəmərinin (TAP) icrası mərhələsində Prezident Mattarellanın şəxsi müdaxiləsi və problemlərin həllində iştirakı göstərir ki, tərəflər yalnız maraqlar əsasında deyil, həm də qarşılıqlı etimad prinsiplərinə söykənən əməkdaşlıq modeli formalaşdırıblar. Bu gün Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və bu da o deməkdir ki, boru kəməri ilə ən çox ölkəyə qaz ixracında Azərbaycan birinci yerdədir. Ölkəmiz qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan hazırda Avropa İttifaqına elektrik enerjisinin ixracı layihəsi üzərində işləyir. Xəzərin dibi ilə Orta Asiyadan Avropaya qədər uzanacaq enerji dəhlizləri perspektivdə yalnız enerji resurslarının deyil, həm də regionun geosiyasi çəkisinin artmasına gətirib çıxara bilər. Azərbaycan-İtaliya münasibətləri yalnız enerji və ticarət sahəsi ilə məhdudlaşmır. Humanitar və təhsil əməkdaşlığı artıq yeni bir mərhələyə qədəm qoyulub. Prezidentlərin iştirakı ilə açılışı baş tutan İtaliya-Azərbaycan Universiteti iki ölkənin strateji tərəfdaşlığını elm, təhsil və mədəniyyət müstəvisində də möhkəmləndirir. Bu layihə həm Azərbaycanın təhsil sisteminin beynəlmiləlləşdirilməsi, həm də iki ölkənin gəncləri arasında dərin mədəni körpülərin qurulması baxımından əhəmiyyətlidir. Təhsil alan gənclər gələcəkdə ölkələrarası diplomatiyaya böyük töhfə verə bilərlər. İkitərəfli münasibətlərdə digər mühüm məqam isə Avropa İttifaqı ilə əlaqələrin inkişafında İtaliyanın rolu ilə bağlıdır. Rəsmi Roma daim Azərbaycanın Avropa ilə münasibətlərinin güclənməsini dəstəkləyib və bu gün də həmin xətt davam etdirilir. Bu baxımdan İtaliya Azərbaycanın Avropa məkanına inteqrasiyasında mühüm körpü rolunu oynayır. Beləliklə, Azərbaycan-İtaliya münasibətlərində ikitərəfli uğurlu siyasi və iqtisadi münasibətlər artıq humanitar sahədə də güclü əməkdaşlıqlara yol açıb".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
TRACTOR FC-dən İrandakı türklərin hüquqları ilə bağlı paylaşım: "Niyə söhbət İrandan gedəndə susursunuz?"