İlham Əliyev Qəbələdə Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Qəbələdə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşləri, həmçinin onun bu ilin iyulunda ölkəmizə səfəri məmnunluqla xatırlanıb.
Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunulub, bu sammitin türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi və xalqlararası əlaqələrin daha da inkişaf etdirilməsində rolu vurğulanıb.
Görüşdə qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkmənistan dövlətlərarası əlaqələrinin hazırkı səviyyəsi yüksək qiymətləndirilib, xalqlarımızı dərin qardaşlıq ənənələrinin birləşdirdiyi qeyd olunub. Siyasi, iqtisadi, nəqliyyat, energetika, parlamentlərarası, humanitar, mədəni, təhsil və digər sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimizin beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığına toxunulub.
Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
TRACTOR FC-dən İrandakı türklərin hüquqları ilə bağlı paylaşım: "Niyə söhbət İrandan gedəndə susursunuz?"