"12-ci Zirvə Görüşünün məhz Qəbələdə keçirilməsi Azərbaycanın Türk dünyasında strateji birləşdirici rolunun bariz göstəricisidir" - DEPUTAT
"Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türkdilli ölkələr arasında çoxşaxəli əməkdaşlığın yeni mərhələsinə keçidi təmin edən mühüm tarixi hadisədir. İlk növbədə qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsləri və ardıcıl fəaliyyəti Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə, təşkilat çərçivəsində əməkdaşlığın strateji səviyyəyə yüksəlməsinə mühüm töhfə vermişdir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafında fəal mövqe nümayiş etdirərək ortaq dəyərlərin, siyasi və iqtisadi inteqrasiyanın dərinləşməsində aparıcı rol oynamışdır".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Mahir Süleymanlı danışıb.
O, açıqlamasında qeyd edib ki, Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü siyasi dialoqun daha da güclənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və birgə strateji layihələrin həyata keçirilməsinə real təkan verəcəkdir:
"Eyni zamanda, mədəni-humanitar sahədə əlaqələrin genişlənməsi, ortaq tarixi və mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Zirvə həmçinin Türk Dövlətləri Təşkilatının regional sülhə, təhlükəsizliyə və yeni qlobal çağırışlara qarşı ortaq mövqeyinin formalaşmasına mühüm töhfə verir.
Qəbələdə qəbul ediləcək qərarların Türk dünyasının birliyinə, sabitliyinə və qlobal miqyasda nüfuzunun artmasına əhəmiyyətli şəkildə xidmət edəcəyinə inanırıq. 12-ci Zirvə Görüşünün məhz Qəbələdə keçirilməsi Azərbaycanın Türk dünyasında strateji birləşdirici rolunun və regional sabitliyin təmin olunmasında mühüm mövqeyə malik olmasının bariz göstəricisidir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
TRACTOR FC-dən İrandakı türklərin hüquqları ilə bağlı paylaşım: "Niyə söhbət İrandan gedəndə susursunuz?"