Rəcəb Tayyib Ərdoğan ortaq türk əlifbasından danışdı

Rəcəb Tayyib Ərdoğan ortaq türk əlifbasından danışdı"Türkiyə ortaq türk əlifbasının yaradılması istiqamətində ilk addımı atıb. Yazıçı Çingiz Aytmatov haqqında kitab, eləcə də "Oğuznamə" toplusu artıq ölkəmizdə ortaq əlifba ilə çapa hazırdır".

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kitabların ilk nüsxələri Qəbələdə keçiriləcək TDT Zirvə Görüşü iştirakçılarına paylanacaq.

Prezident Ərdoğan bildirib ki, TDT ölkələri öz elmi və texnoloji inkişaflarında layiqli yer tuta biləcək və bunu əldə etmək yalnız sıx əməkdaşlıqla mümkündür.

Türkiyə lideri, həmçinin türk xalqlarının mədəni irsini qorumaqla yanaşı, süni intellekt texnologiyalarını da fəal şəkildə inkişaf etdirəcək "Böyük türk dili" modelinin daha fəal inkişafının vacibliyini vurğulayıb.

Türkiyə dövlətinin başçısı bildirib:

"Bu gün biz bir daha nümayiş etdiririk ki, həmrəylik, qarşılıqlı hörmət, qardaşlıq ruhunda irəliləyən türk dövlətləri öz gələcəyinə inamlıdır. Bizim övladlarımıza miras olaraq daha güclü türk dünyasını buraxmaq üçün hər cür imkanımız var".

Türkiyənin yerləşdiyi bölgədə baş verənlərə gəlincə, Prezident Ərdoğan qonşu Suriyadakı vəziyyətə diqqət çəkib. O, türk ölkələri ilə Dəməşq arasında əlaqələrin intensivləşəcəyinə ümid etdiyini bildirib.

Türkiyə prezidenti qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib, Qəbələ Bəyannaməsinin TDT-də bütün ölkələrin maraqlarının təmin edilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 867   Tarix: 07 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:. "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfində

15 oktyabr
.

Bakı Bəyannaməsi qəbul edilib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, xsənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli

15 oktyabr
.

Qardaşlığa qarşı informasiya savaşı: Türkiyədə Azərbaycana yönələn hücumların arxasında nə dayanır?

Türkiyənin sosial media məkanında Azərbaycana qarşı son günlər müşahidə olunan qərəzli paylaşımlar, ictimai nüfuza malik şəxslərin səsləndirdiyi ittihamlar, siyasi dairələrdən gələn mübahisəli açıqlamalar və Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyalar artıq sadəcə sosial şəbəkə mübahisəsi kim

15 oktyabr
.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

14 oktyabr
.

Azərbaycan Prezidenti Qətər əmiri ilə görüşüb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

15 oktyabr
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15 oktyabr
.

Əliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirilib. Azərbaycan Prezidentinin Qazaxıstana

15 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr