Beyləqanda 14 yaşlı qıza təcavüz edən daha bir nəfər həbs olundu
Beyləqanda 14 yaşlı qıza seksual xarakterli hərəkətlər edən daha bir nəfər həbs olunub.
Oxu.Az-ın məlumatına görə, Beyləqan Rayon Məhkəməsində 2010-cu il təvəllüdlü G.N.-ə seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən 2004-cü il təvəllüdlü Dünyamin Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb .
Məhkəmənin hökmü ilə D.Əlizadə bir il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.
İttihama görə, hadisə Beyləqan rayonunun kəndlərindən birində baş verib. Kənd sakinləri olan 6 nəfər - Ö.Quluzadə, D.Əlizadə, M.Əliyev, C.Əhmədzadə. S.Quluzadə və M.Qurbanlı həmkəndliləri, orta məktəbin 8-ci sinif şagirdi G.N.-ə qarşı seksual hərəkətlər ediblər. Onlar müxtəlif vaxtlarda 2010-cu il təvəllüdlü qızla kəndin kənarında görüşərək, qızla qeyri-təbii yolla cinsi əlaqədə olublar.
Hadisə barədə qızın valideynləri xəbər tutandan sonra, həmin qız evdən qaçaraq Bakıya gəlib. O, gözəllik salonlarından birinə yaxınlaşaraq, iş axtardığını bildirib. Salonda işləyən xanımlardan biri onun 14 yaşı olduğunu biləndən sonra G.N.-in valideynləri ilə əlaqə saxlayıb və qızın Bakıya qaçdığını bildirib. Qadın onu öz avtomobili ilə Beyləqan rayonuna apararaq, polisə təhvil verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Ö.Quluzadə, D.Əlizadə, M.Əliyev, C.Əhmədzadə. S.Quluzadə və M.Qurbanlı müəyyən edilərək saxlanılıblar, faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxslərlə bağlı məhkəmə qərarı ilə "yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Beyləqan Rayon Məhkəməsinin hökmləri ilə M.Qurbanlı və S.Quluzadənin hər biri bir il müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1097 Tarix: 07 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tərtərdə istixana işçisi güllələndi
Şəmkir sakini Tərtərdə tüfəngdən açılan atəş nəticəsində yaralanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Söylən kəndində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov kənd ərazisində istixanada iş yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı həmin şəxs tüfəngdən M.Yusifova atəş açıb
7 sentyabrSabirabadda FACİƏ: İki yaşlı uşaq hovuzda boğularaq ölüb
Sabirabad rayonunda iki yaşlı uşaq su hovuzunda boğularaq ölüb. "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb. Kənd sakini, 2024-cü il təvəllüdlü E.Q. valideyn nəzarətindən yayınaraq həyətdəki su hovuzuna düşüb. Nəticədə boğularaq həyatını itirib. Faktl
30 avqustKeçmiş sevgilisi ilə görüşən qadın dəqiqələr sonra polisə zəng vurdu - VİDEO
Türkiyənin Aksaray şəhərində keçmiş sevgilisi olduğunu bildirdiyi S.K. ilə görüşən 29 yaşlı B.İ. aralarında yaranan mübahisə zamanı döyüldüyünü deyərək 112 Təcili Çağrı Mərkəzinə müraciət edib. Hadisə yerinə qısa müddətdə gələn polis əməkdaşları gənc qadını mühafizəyə götürüb, onun şikayəti əsasınd
27 avqustQazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 13 yaşlı T.Qulizadə və 14 yaşlı T.Qulizadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər
6 sentyabrŞahbuzdakı ağır qəzada ölənlərin - Fotoları
Xəbər verdiyimiz kimi, Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, Şahbuz rayonunda qeydə alınan hadisə nəticəsində üç nəfər ölüb. Qəzada həlak olan Nazim Abdullayev, qızı Firuzə Abdullayeva və 2006-cı il təvəllüdlü Pərvin Şıxəliyevin fotolarını təqdi
5 sentyabr