"Müəllim yumruqla uşağımın üzünə vurdu, gözlərində problem yarandı"
Yardımlı rayonunun kəndlərindən birində yaşayan Elnur Məlikov 5-ci sinifdə oxuyan oğlunun müəllim tərəfindən döyüldüyünü iddia edir.
"Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı şikayətçi sosial şəbəkələrdə videolar yayıb.
O bildirib ki, sentyabrın 17-də övladını dərsə yola salıb. Məktəbdə olarkən isə riyaziyyat müəllimi A.Heydərov oğlunu vuraraq ona xəsarət yetirib: "Müəllim dərs tapşırığını yaxşı yerinə yetirmədiyinə görə yumruqla uşağın üzünə zərbə endirib. Bundan sonra uşaqda güclü qorxu-stres yaranıb, evə gələndə kəkələyirdi. Bir neçə gün keçdikdən sonra övladımın problemləri daha da artdı, özündən gedir, heç kimi tanımır. Həmçinin gözlərində, baxışlarında problem yarandı. Bir adamı 2 nəfər kimi görür. Biz uşağı xəstəxanaya apardıq. Orada bildirdilər ki, övladımda güclü qorxu yaranıb və psixologiyası pozulub. Uşağa müalicə yazdılar və qaranlıq otaqda sakit saxlamağı məsləhət gördülər".
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirildi ki, hazırda həmin müraciət əsasında Yardımlı Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır: "Təyin edilmiş müvafiq ekspertizanın rəyi və araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 933 Tarix: 08 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrİnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabr