Xəstəxanada şübhəli ölüm: tibb bacısı xəstə ilə dalaşıb, onu öldürdü
Türkiyənin Qaziantep şəhərində üç il əvvəl baş verən yol qəzası zamanı dizindən xəsarət alan 27 yaşlı Abdurrezzak Baysal, müalicə olunduğu özəl xəstəxanada müəmmalı şəkildə dünyasını dəyişib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qəzadan sonra diz sümüyü qırılan Baysalın ümumi vəziyyəti yaxşı idi və o, özəl xəstəxanada müalicə alırdı. Lakin bir müddət sonra reanimasiya şöbəsində həyatını itirib. Ailəsi bu ölümün şübhəli olduğunu bildirərək hüquq-mühafizə orqanlarına müraciət edib.
Aparılan istintaq nəticəsində məlum olub ki, xəstəxanada çalışan tibb bacısı Aslı Ersoy həkim göstərişi olmadan başqa bir xəstəyə aid əzələ boşaldıcı iynəni Baysala vurub. Ölüm səbəbini dəqiqləşdirmək üçün meyitə ekspertiza təyin olunub. Ədliyyə Tibb Qurumunun rəyinə əsasən, Baysalın ölümünə məhz həmin iynə səbəb olub. Hadisə ilə bağlı tibb bacısı Aslı Ersoy və Mustafa Çelik barəsində cinayət işi açılıb.
Qaziantep 3-cü Ağır Cəza Məhkəməsində keçirilən son iclasda ifadə verən xəstə baxıcısı Semihat Ö. bunları deyib:
"Reanimasiya otağına daxil olanda Aslı tibb bacısı ilə xəstə arasında mübahisə gedirdi. Xəstə onun üzünə tüpürdü, Aslı əsəbləşərək xəstənin ağzını bağladı və ‘İndi sənə nə edəcəyimi bilirsən’ dedi. Sonra başqa bir xəstəyə aid iynəni götürüb, ‘Mustafa, bunu Baysala vur’ dedi. Təxminən 5-6 dəqiqə sonra xəstə pisləşdi. 45 dəqiqə boyunca müdaxilə etdilər, sonra aralarında ‘öldü’ dedilər."
"Qardaşım sağlam idi, 10 gün sonra evə gətirəcəkdik"
Abdurrezzak Baysalın bacısı İpek Baysal hadisə ilə bağlı belə danışıb:
"Qardaşım yol qəzası keçirmişdi, yalnız dizində sınıq vardı. On gün reanimasiyada qaldı, sonra normal palataya keçdi. Hər şey qaydasında idi. Gecə saat 04:00-də xəstəxanədən zəng edib ‘Qardaşınız infarkt keçirdi, vəfat etdi’ dedilər. Səhər evə gətirəcəkdik, amma bizə tabutunu verdilər. Ədalət istəyirik."
Məhkəmə, ölümün vurulan iynə ilə birbaşa əlaqəsini müəyyənləşdirəcək yeni ekspertiza rəyinin təqdim olunmasını gözləmək üçün prosesi 3 dekabr tarixinə qədər təxirə salıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1163 Tarix: 14 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrİnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabr