Həkimlərimizin xaricə getməsinin səbəbləri – rezidentura mərhələsindəki problemlər - ARAŞDIRMA

Həkimlərimizin xaricə getməsinin səbəbləri – rezidentura mərhələsindəki problemlər - ARAŞDIRMAAzərbaycanda rezidentura təhsili ilə bağlı yeni Əsasnamə hazırlanır. Səhiyyə sistemində ixtisaslaşmanın beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi daşıyan bu sənəd gələcəkdə həkimlərin peşəkar inkişafına bir sıra yeniliklər gətirəcək. Bu dəyişikliklər həkimlərin daha dərin ixtisaslaşmasına, maaş sisteminin təkmilləşdirilməsinə və tədrisin keyfiyyətinin artırılmasına xidmət edəcək.

Rezidentura imtahanının Səhiyyə Nazirliyinə verilməsi sistemdə mühüm dönüş yarada bilər. Bu yerdə bölgələrdə həkim çatışmazlığı məsələsini vurğulamaq yerinə düşər. Bu proses necə həyata keçirilməlidir ki, həm təhsil keyfiyyəti yüksəlsin, həm də Azərbaycan universitetlərini bitirən gənc həkimlər xaricdə deyil, öz ölkələrində qalmağa üstünlük versinlər.

Xaricdə yaşayan azərbaycanlı həkim: "Həkimlərin xaricə üz tutmasının əsas səbəbi maaş problemdir"

2017-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika olmaqla iki fakültəsini bitirən və hazırda xaricdə yaşayan Ömər Qasımov nə üçün xaricdə yaşamağı üstün tutduğunu açıqlayıb:

"Azərbaycandan həkimlərin uzaqlaşmasının bir yox, bir neçə ciddi səbəbi var. Əvvəla, maaş məsələsi ən əsas problemdir. Hazırda rezident həkim 403 manat maaş alır və bu məbləğlə Bakıda yaşamaq, kirayə, yol, ərzaq və kommunal xərcləri qarşılamaq mümkünsüzdür. Belə şəraitdə gənc həkimin özünü inkişaf etdirməyə, yaxşı mütəxəssis olmağa həvəsi qalmır. Üstəlik, ailə qurduqda vəziyyət daha da çətinləşir. Yalnız yaşayış xərcləri 700–800 manatı keçdiyi halda, aldığı maaş onun yarısı qədərdir".

Ölkədə gənc həkimlərin iş tapması çətindir

Onun sözlərinə görə, cəmiyyətin həkimə münasibəti də çox vaxt neqativ olur: "Bəzi insanlar həkimi düşmən kimi görür, onu təhqir və şantaj etməyə çalışır. Halbuki həkim də insandır, onun işi həm məsuliyyətli, həm də psixoloji cəhətdən ağırdır.

Bundan başqa, ölkədə gənc həkimlərin iş tapması da çətindir. Bu da onları xaricdə işləməyə məcbur edir".

Ömər Qasımovun sözlərinə görə, üstəlik, xaricdə oxuyub gələn həkimlərin maaşı yerli rezidenturanı bitirən həkimlərdən dəfələrlə yüksəkdir: "Bu, həm də yerli tibbi təhsilin dəyərini azaldır. Belə şəraitdə onların ölkədən getməsi, daha dəyərli və rahat işləyə biləcəkləri yerlərə üz tutması təəccüblü deyil".

Rezident həkimlərlə bağlı bir sıra yeniliklərin nəzərdə tutulması planlaşdırılır

Lent.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda rezidentura üzrə mövcud qanunvericiliyə dəyişiklik layihələri üzərində iş aparılır: "Rezidentura təhsilinin təkmilləşdirilməsi və ixtisaslı kadr təminatının gücləndirilməsi Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. Hazırda rezidentura üzrə mövcud qanunvericiliyə dəyişiklik layihələri üzərində iş aparılır və sənədlərdə rezidentlərin hazırlığının təşkili, qəbul qaydaları da daxil olmaqla rezident həkimlərlə bağlı bir sıra yeniliklərin nəzərdə tutulması planlaşdırılır.

İxtisaslı həkimlərin peşəkar inkişafı istiqamətində dövlət səviyyəsində kompleks addımlar nəzərdə tutulur

Rezidentlərin işlə təminatı, müvafiq dövlət tibb müəssisələrinə yönləndirilməsinin daha sistemli şəkildə tənzimlənməsi məqsədi qarşıya qoyulub.

Eyni zamanda, Səhiyyə Nazirliyi, TƏBİB və digər aidiyyəti qurumlar arasında koordinasiya gücləndirilib, kadr bölgüsünün real ehtiyaclara uyğunlaşdırılaraq, bölgələrdə həkim çatışmazlığının qarşısının alınması istiqamətində birgə tədbirlər həyata keçirilir".

Rezidentura sonrası ixtisaslı həkimlərin peşəkar inkişafı istiqamətində də dövlət səviyyəsində kompleks addımlar nəzərdə tutulur

Bundan başqa Səhiyyə Nazirliyi tərəfindən ildə iki dəfə rezidentura təhsilini müvəffəqiyyətlə bitirən həkim-mütəxəssislərin təyinatı həyata keçirilir: "Təyinat zamanı Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeliyində olan tibb müəssisələrində, habelə müraciət əsasında digər dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində mövcud vakant həkim vəzifələri həkim-mütəxəssislərə təklif olunur və onlara iş yerlərinə göndəriş verilir. Qanunvericiliyə uyğun olaraq, həkim-mütəxəssislər göndərişlə işə qəbul olunduqları tarixdən etibarən 3 il müddətində həmin tibb müəssisələrində işləməlidirlər".

Azərbaycan Tibb Universitetində Rezidenturada tədrisin təşkili və aparılan islahatlar

Azərbaycan Tibb Universitetindən bildirilib ki, hazırda təhsil proqramlarının yenilənməsi mərhələsi həyata keçirilir: "2013-cü ildən sonra həm ixtisasların sayı artırılıb, həm də yeni təhsil proqramları hazırlanıb. Eyni zamanda, tədrisin təşkili prosesində müasir tələblərə və beynəlxalq təcrübəyə uyğun yeniliklər tətbiq olunmaqdadır.

Hazırda rezidentlərin təcrübə keçdiyi klinik bazaların maddi-texniki təminatının gücləndirilməsi, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, həmçinin onların elmi-tədqiqat fəaliyyətinə daha fəal cəlb olunması istiqamətində işlər aparılır. Bundan əlavə, dünya standartlarına uyğunlaşdırma məqsədilə rezidentura təhsilinin məzmununda və strukturunda islahatlar davam etdirilir. Bu çərçivədə ixtisas təsnifatlarının yenilənməsi, yeni ixtisaslaşma səviyyələrinin formalaşdırılması, eləcə də Türkiyə təcrübəsinə uyğun "uzmanlıq" mərhələsinə bənzər sistemin tətbiqi istiqamətində addımlar atılır.

Hazırda təhsil proqramlarının yenilənməsi mərhələsi həyata keçirilir. Növbəti mərhələdə isə ixtisaslaşma səviyyələri üzrə ayrıca tədris proqramlarının hazırlanması nəzərdə tutulur.

Bu dəyişikliklər rezidentura təhsilinin dünya təhsil standartlarına uyğunlaşdırılması və ölkəmizdə yüksək ixtisaslı tibb mütəxəssislərinin hazırlanmasına xidmət edir".

Rəşad Mahmudov: "Ali təhsil haqqında qanuna dəyişikliklər vasitəsilə tibb təhsilinin strukturunda aparılmalıdır"

Milli Məclisin Səhiyyə komitəsinin komitə sədrinin müavini Rəşad Mahmudov deyib ki, rezidentura ilə bağlı yeni Əsasnamə hazırlanarkən iki mühüm məsələni bir-birindən ayırmaq vacibdir: "Əmək müqaviləsi və təqaüd sistemi. Həkim-rezident həm təhsil alan, həm də real tibbi fəaliyyət göstərən şəxsdir. Buna görə də bu iki anlayışın hüquqi statusu aydın şəkildə tənzimlənməlidir.

Digər mühüm məsələ isə "Ali təhsil haqqında" qanuna dəyişikliklər vasitəsilə tibb təhsilinin strukturunda aparılmalıdır. Yəni tibb təhsilini və rezidenturanı ali təhsilin 7-ci və 8-ci pillələri kimi ayrıca səviyyələrdə tanımaq lazımdır. Bu addım həm beynəlxalq standartlara uyğunlaşma, həm də tibbi kadrların hazırlığında keyfiyyətin yüksəldilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Bütün bu dəyişikliklərin məqsədi həm həkim-rezidentlərin sosial müdafiəsini gücləndirmək, həm də ölkə daxilində ixtisaslı mütəxəssislərin saxlanılmasını təmin etməkdir".

"Rezidentura imtahanlarının hansı qurum tərəfindən və necə aparılacağına fokuslanmağımız düzgün deyil"

Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, məhdud ixtisas hesab edilən sahələr üzrə belə daha dərin ixtisaslaşma həyata keçirilir:

"Bizim rezidentura imtahanlarının hansı qurum tərəfindən və necə aparılacağına fokuslanmağımız düzgün deyil. Əsas məsələ rezidentura təhsilinin təşkilində yeniliklərin tətbiqi və xüsusilə yan ixtisaslardır. Hazırda səhiyyədə məhdud ixtisaslaşma mühüm əhəmiyyət kəsb edir. Hətta bizim məhdud ixtisas hesab etdiyimiz sahələr üzrə belə daha dərin ixtisaslaşma həyata keçirilir. Məsələn, uşaq kardiologiyası kimi yan ixtisaslar, kardiocərrahiyyənin özündə belə müxtəlif istiqamətlər üzrə ixtisaslaşma, pediatrik kardioloji ixtisaslaşma çərçivəsində artıq bir neçə qola ayrılma müşahidə olunur.

Bu ixtisaslaşma prosesi kifayət qədər genişdir. Artıq rezidenturada bir ixtisas üzrə təhsil almış həkimin dünyada qəbul olunmuş daha dar və mürəkkəb ixtisaslaşma istiqamətində necə fəaliyyət göstərəcəyi ilə bağlı suallar yaranır. Üst çənə, plastik cərrahiyyə kimi sahələrdə də biz qanunvericilikdə olan bəzi boşluqlara görə müəyyən çətinliklərlə üzləşirik. Bu boşluqlardan fürsətcil şəxslərin istifadə etməsi və insanlara zərər vurması halları müşahidə olunur. Buna görə də yan ixtisaslaşmanın müəyyən ilkin sənədləşmə modeli hazırlanır.

"Baza ali tibb təhsilimizdə ciddi problemlər yoxdur, əsas məsələ rezidentura təhsilinin düzgün qurulması, yenilənməsidir"

Kifayət qədər baza ali tibb təhsili və yaxşı tibbi hazırlığı olan şəxslər – xüsusilə Azərbaycanda baza ali tibb təhsili almış mütəxəssislər – müxtəlif ölkələrin rezidentura proqramlarına asanlıqla qəbul olunurlar. Onlar rezident kimi fəaliyyət göstərdikdən sonra ixtisaslı mütəxəssis adını alır və həmin ölkələrin səhiyyə sistemində uğurla fəaliyyət göstərirlər. Deməli, bizim baza ali tibb təhsilimizdə ciddi problemlər yoxdur. Əsas məsələ rezidentura təhsilinin düzgün qurulması, yenilənməsi və xüsusilə rezidentlərin maliyyə təminatının yaxşılaşdırılmasıdır.

Bu istiqamətdə müsbət addımlar atıldıqdan, həkimlər layiqli əməkhaqqı ilə təmin olunduqdan sonra onlar mütəxəssis kimi yetişərək həm xalqa fayda verə, həm də öz karyeralarında uğurla irəliləyə bilərlər.

Bu istiqamətdə TƏBİB və Səhiyyə Nazirliyinin tabeliyində olan praktiki fəaliyyət göstərən müəssisələrdə effektiv idarəetmə modelləri qurulur. Əldə olunan gəlir və formalaşmış büdcə rezident həkimlərin fəaliyyəti və onların maliyyələşdirilməsinə yönəldilir. Bu, əslində, onların inkişafına qoyulan investisiyadır. Dörd-beş ildən sonra bu prosesin nəticəsində həmin müəssisələr daha da canlanacaq, tibbi xidmətlərin sayı və keyfiyyəti artacaq".

"Ən böyük problem praktiki fəaliyyət göstərən tibb müəssisələrinin effektiv idarə olunmasındakı nöqsanlar və çatışmazlıqlardır"

Müşfiq Məmmədli vurğulayıb ki, hazırda səhiyyə infrastrukturuna və maddi-texniki bazaya dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb: "Ən böyük problem praktiki fəaliyyət göstərən tibb müəssisələrinin effektiv idarə olunmasındakı nöqsanlar və çatışmazlıqlardır. Bu istiqamətdə izafi xərclərin və bəzi qanun pozuntularının operativ şəkildə aradan qaldırılması səhiyyənin daha dinamik inkişafına səbəb olacaq. Bu proses, dolayısı ilə, rezidentura təhsilinin də inkişafına gətirib çıxaracaq.

Xüsusilə səhiyyə təhsilində aparılan islahatlardan sonra artıq 10 ildən çoxdur ki, Azərbaycanda təhsil sistemi dünya standartlarına və Bolonya prinsiplərinə uyğunlaşdırılıb. Səhiyyə sahəsi də bu istiqamətdə inkişafın prioritetlərindən birinə çevrilib. Bu prioritet istiqamətdə mühüm addımlar atılıb. Belə ki, baza tipli təhsil və rezidentura təhsili mərhələləri formalaşdırılıb.

Baza tipli təhsildə tibb ixtisası üzrə təhsil alan həkimlər tibbin əsaslarını, ilkin səhiyyə xidməti prinsiplərini, təcili tibbi yardımı, ilkin kiçik əməliyyatları və ailə həkimliyi prinsiplərini mənimsəyərək formalaşmış mütəxəssis kimi yetişirlər. Onlar səhiyyənin birinci pilləsində, o cümlədən təcili tibbi yardım sahəsində mütəxəssis kimi fəaliyyət göstərə bilirlər".

"Hazırda rezidenturada vəziyyət o qədər də ürəkaçan deyil"

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri diqqətə çatdırıb ki, rezidenturada tətbiq olunan qaydalar və rezidentə ayrılan aylıq məvacib gənc həkimləri bu sahədən uzaqlaşdırır: "Rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır və burada təhsil dövlət təhsil standartı və proqramına uyğun hazırlanmış tibb təhsili proqramları əsasında Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş həkim-mütəxəssis ixtisasları üzrə aparılır. Rezidenturaya qəbul planı isə hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir və Nazirlər Kabineti tərəfindən təsdiq edilir. "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında deyilir ki, rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla müəyyən edilir. Rezidenturada hazırlığın son ilində rezidentlər ixtisas üzrə təhsil proqramında müəyyən edilmiş müddətə uyğun olaraq stajorluq keçirlər. Bunun üçün rezident Səhiyyə Nazirliyi tərəfindən müvafiq tibb ixtisası üzrə ölkənin tibb müəssisələrinin birinə stajorluğa göndərilir.

Hazırda bu istiqamətdə vəziyyətin o qədər də ürəkaçan olmadığını mütləq deməliyik. Çünki həm rezidenturada tətbiq olunan qaydalar, bir rezidentə ayrılan aylıq məvacib gənc həkimləri təhsilin bu səviyyəsindən xeyli dərəcədə soyutmuş olur. Əsasən, bu səbəbdən, bizdə rezidentura təhsili alanlar məcburən xaricə üz tutmalı olurlar. Çünki hələ ona təqdim olunan aylıq məvacibi, yəni məsələnin maddi təminat tərəfi ilə yanaşı burada başqa səbəb də var: rezident soydaşımızın xaricdən aldığı diplom 8-ci səviyyədə qəbul olunur. Bu səbəbdən də bizdə tibb təhsilinin 7-ci kvalifikasiya səviyyəsinin, rezidenturanın 8-ci kvalifikasiya səviyyəsinə daxil olması məqsədəuyğun olar".

"Təhsil alanların 90%-i rezidenturanı burada oxumaq barədə qətiyyən düşünmür"

Elmin Nuri əlavə edib ki, burada əsas məsələ rezidentura qaydalarında müəyyən dəyişiklərin edilməsi və rezidentin maddi təminatının gözlənilməsidir: "Bu, olmadığı təqdirdə rezidentura təhsili istiqamətində yenə də ciddi problemlərin şahidi olacağıq. Təəssüf ki, tibbi ixtisası üzrə təhsil alanları az qala, 90 faizi rezidenturanı burada oxumaq barəsində qətiyyən düşünmür. Bunun iki səbəbi var: birini az öncə qeyd etdik ayrılan aylıq vəsaitin azlığı, ikincisi isə xariclə müqayisədə daha az imkanların, texnoloji, tibbi yeniliklərin mövcudluğu. İkinci faktorun üzərində çox dayanmağa gərək yoxdur. Çünki biz bu istiqamətdə nə qədər irəliləsək də, hələlik bir rezident üçün Türkiyə, Almaniya, İtaliya, ABŞ kimi ölkələrin təqdim etdiyi imkanları təqdim edə bilmərik. Odur ki, birinci faktora xüsusi diqqət etməklə, yəni, rezidentlərin sosial təminatı istiqamətində zəruri addımlar atmaqla müəyyən irəliləyişlərə nail ola bilərik.

Çox uzağa getmək lazım deyil. Elə qardaş Türkiyənin rezidenturada tətbiq etdiyi inkişaf proqramından yararlanıb, oradakı detalların bir çoxunu özümüzdə də həyata keçirə bilərik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 552   Tarix: 05 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021