Tanınmış iş adamı qəbiristanlıqda asılı halda tapıldı
Türkiyədə, Kocaeli və Karamürsel bölgəsinin dənizçilik sektorunda tanınan şəxslərdən biri olan gəmi sahibi R.O. (46) Yalovanın Altınova qəsəbəsində qəbiristanlıqda asılı halda ölü vəziyyətdə tapılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, alınan məlumatlara görə, bir müddət R.O-dan xəbər ala bilməyən ailəsi və yaxınları, narahat olaraq öz imkanları ilə axtarışa çıxıblar. Axtarış nəticəsində dünən gecə saat 20:35 radələrində R.O-nun atasının qəbrinin olduğu qəbiristanlıq sahəsində asılı vəziyyətdə olduğu aşkarlanıb.
Hadisə dərhal 112 Təcili Yardım Mərkəzinə bildirilib, sözügedən yerə həm səhiyyə, həm də polis qrupları göndərilib.
Səhiyyə işçiləri R.O-nun həyatını itirdiyini təsdiqləyib. Polis hadisə yerində geniş təhlükəsizlik tədbirləri görüb. Prokurorun yoxlamasından sonra R.O-nun meyiti Yalova Təhsil və Araşdırma Xəstəxanasının morquna göndərilib.
Karamürsel, Altınova və Kocaelidə uzun illər dənizçilik sahəsində fəaliyyət göstərən və ətrafında hörmətlə tanınan R.O-nun vəfatı, dənizçilik ictimaiyyətində böyük sarsıntı yaradıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1038 Tarix: 06 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabrSabunçuda 10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb
Sabunçuda 10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sabunçu rayonunda tikilməkdə olan evlərdən dəyəri 100 manat olan elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfində
26 sentyabrBakı sakininin maşını Şuşada minaya düşdü
İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində 2026-cı il 28 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirili
28 sentyabrİmişli Şəkər Zavodunda yanğın oldu
İmişli Şəkər Zavodunun ərazisində yanğın olub. xəbər verir ki, hadisə anbarların birində qeydə alınıb. Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub. Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarında
28 sentyabrMoskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
3 oktyabr23 yaşlı Azərbaycan vətəndaşı Antalyada faciəvi şəkildə öldü - Video
Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda minik avtomobili ilə toqquşan TIR-ın dayanacağın üstünə aşması nəticəsində iki nəfər həyatını itirib. "Qafqazinfo" "Hürriyət"ə istinadən xəbər verir ki, hadisə D-400 avtomobil yolunun Çolaklı məhəlləsi ərazisində baş verib. Hadisə nəticəsind
28 sentyabrGürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri
2 oktyabr