50 avtomobilin üzərinə insan qanı ilə xaç simvolu çəkdilər

50 avtomobilin üzərinə insan qanı ilə xaç simvolu çəkdilərAlmaniyanın Hanau şəhərində gecə saatlarında baş verən hadisə ölkə üzrə ciddi narahatlıq yaradıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, şəhərdə onlarca avtomobilin, poçt qutularının və bina divarlarının üzərinə insan qanı ilə xaç simvolu çəkildiyi müəyyən edilib.

Polis sözçüsü Tomas Leypoldun açıqlamasına görə, çərşənbə gecəsi bir vətəndaş avtomobilinin kapotunda qırmızı rənglə çəkilmiş xaç işarəsini görərək dərhal polisə məlumat verib. Hadisə yerinə çatan polis qrupları ətraf ərazilərdə geniş araşdırma aparıb.

Laboratoriya testlərinin nəticələrinə əsasən, avtomobillərin üzərindəki qırmızı maddənin insan qanı olduğu təsdiqlənib. Araşdırmalar zamanı şəhər üzrə təxminən 50 avtomobilin eyni şəkildə işarələndiyi ortaya çıxıb.

Polis hadisənin motivasiyasının və istifadə olunan qanın haradan əldə edildiyinin hələ müəyyən olunmadığını bildirib. Hazırda hər hansı fiziki zərər və ya hücum faktı qeydə alınmayıb. Leypold, hadisənin arxasında duran səbəbin "tamamilə naməlum" olduğunu vurğulayıb.

Qeyd edək ki, Almaniyada nasist simvollarının ictimai yerlərdə istifadəsi qanunla qadağandır. Hadisə ilə bağlı istintaq "əmlaka ziyan vurma" və "konstitusiyaya zidd təşkilatların simvollarından istifadə" maddələri üzrə davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1858   Tarix: 07 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Jurnalist Elnur Şükürov həbs edildi

Jurnalist Elnur Şükürov həbs edilib. APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq - ağırlaşdırıcı hallarda) və 188.1-ci (qanunla müəyyə

7 noyabr
.

Sumqayıtda 17 yaşlı oğlan dəm qazından zəhərləndi

Sumqayıtda bədbəxt hadisə baş verib. xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb. 2009-cu il təvəllüdlü T.Cəbrayılov dəm qazından zəhərlənib. Onun yaşadığı evin hamam otağında zəhərləndiyi bildirilir. O, xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır

8 noyabr
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb. Həmi

14 noyabr
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

14 noyabr
.

Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsində atası və onun fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. Belə ki, Kamil

3 noyabr
.

Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu, cinayət işi açıldı - YENİLƏNİB+Foto\Video

Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətində

1 noyabr
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

15 noyabr
.

Qaxda yeddi nəfərin zəhərlənməsinin səbəbi məlum oldu

Qax rayonunda baş vermiş kütləvi qida zəhərlənməsinin səbəbi məlum olub. -ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, faktla bağlı araşdırma aparılıb. İlkin araşdırmalar nəticəsində zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələkləri

31 oktyabr
.

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca

14 noyabr