Süni yağış yaratmaq üçün əməliyyata başladılar
Son 50 ilin ən quraq payızını yaşayan İran süni yağış yaratmaq üçün bulud səpmə prosesinə başlayıb.
"Qafqazinfo" IRNA agentliyinə istinadən xəbər verir ki, bu proses üzrə ilk əməliyyat quraqlıq səbəbindən əhəmiyyətli dərəcədə dayazlaşan və duz səhrasına çevrilən Urmiya gölü bölgəsində aparılıb.
Bildirilib ki, Urmiya gölündə suyun səviyyəsinin artırılması işləri digər əyalətlərdə də davam etdiriləcək. Növbəti əməliyyatların Şərqi və Qərbi Azərbaycan ostanlarında həyata keçirilməsi planlaşdırılır.
Bulud səpmə əməliyyatı buludlara "toxumların" - gümüş və ya kalium yodid kimi kimyəvi duzların vurulmasını nəzərdə tutur. Bu maddələr su buxarının kondensasiyasına və yağıntıların əmələ gəlməsinə kömək edir.
Xatırladaq ki, bir neçə gün əvvəl İranın paytaxtı Tehranda quraqlıqla bağlı su böhranı fonunda sakinlər yağış yağması üçün kollektiv dua ediblər. Noyabrın 15-də keçirilən dua mərasimi şəhərin İmamzadə Saleh məbəd kompleksində baş tutub.
Daha əvvəl isə İranın Meteorologiya Xidməti ölkə üzrə yağışların çoxillik orta göstəriciyə nisbətən 89% azaldığını açıqlamışdı.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 879 Tarix: 17 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hindistanda evə soxulan bəbir altı nəfəri yaraladı
Hindistanın Çhattisqarh əyalətinin Mahasamund rayonunda bir kənd evinə girən bəbir altı nəfəri yaralayıb. xəbər verir ki, bu barədə yerli "Times of India" qəzeti məlumat yayıb. Nəşr bildirib ki, "Şənbə axşamı bəbir Mahasamund ərazisindəki bir evə girib və ailənin altı üzvünə hücum edib"
5 oktyabrQara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU - Yaralılar var - VİDEO
Qara dənizin Rumıniya sahillərindən 20 dəniz mili məsafədə taxıl daşıyan Türkiyəyə məxsus "Royad Mammadov" gəmisi dron hücumuna məruz qalıb. Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, gəmidə hücumdan sonra yanğın baş verib. Son məlumata görə, kapitan və bir heyət üzvü həlak olub, 1
5 oktyabrRusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
4 oktyabrTramp: CAATSA ilə bağlı problem yoxdur
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara
4 oktyabrSEPAH Hörmüz boğazında tankeri vuracağı ilə hədələyib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən tankerə zərbə endirməklə hədələyib. xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb. Bildirilib ki, hadisə Omanın Xəsəb şəhərindən 11 dəniz mili şimalda baş verib. Hörmüz boğazında
5 oktyabrCənubi Koreya Şimali Koreyadan üzr istəməsini tələb edib
Cənubi Koreya sentyabrın 21-də ölkəni Şimali Koreyadan ayıran Silahsızlaşdırılmış Zonada (DMZ) aparılan axtarış işləri zamanı 3 zabitinin yaralanmasına səbəb olan partlayışdan sonra Şimali Koreyanın üzr istəməsini tələb edib. "Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargah
5 oktyabr