Rumıniyada nazir müavini qaçaqmalçılıqda ittiham olunur: 880 min avroluq qalmaqal
Rumıniyanın Hərbi Prokurorluğu ölkənin Daxili İşlər Nazirliyinin (DİN) Böyük Britaniyadan əlavə dəyər vergisi (ƏDV) ödəmədən helikopter alması ilə bağlı cinayət işini məhkəməyə göndərib. İş üzrə DİN-in Fövqəladə Hallar Departamentinin rəhbəri, nazir müavini Raed Arafat qaçaqmalçılıqda ittiham olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "Agerpres" agentliyi məlumat yayıb.
İstintaqın məlumatına görə, 2016-cı ildə Daxili İşlər Nazirliyinə məxsus helikopter Moldovada qəzaya uğrayıb. Nazirlik və sığorta şirkəti dəymiş zərərin qəzaya uğrayan helikopterin eyni modeldən olan başqa bir vertolyotla əvəz edilməsi yolu ilə ödənilməsi barədə razılığa gəliblər.
2017-ci ildə nazirlik Böyük Britaniyadan helikopter idxal edib. Onun istismara verilməsi üçün gömrük rəsmiləşdirilməsi prosedurları tamamlanmalı və müvafiq vergilər ödənilməli idi. Lakin müstəntiqlər müəyyən ediblər ki, helikopter bu prosedurlar yerinə yetirilmədən istismar olunub. Nəticədə ƏDV-nin ödənilməməsi səbəbindən dövlət büdcəsinə 4.4 milyon ley (təxminən 880 min avro) məbləğində ziyan dəyib.
Ümumilikdə, cinayət işi üzrə 17 təqsirləndirilən şəxs və mülki məsuliyyət daşıyan üç tərəf var. Sonuncular arasında helikopterlərin texniki xidməti və təmiri ilə məşğul olan "Airbus Helicopters Romania" şirkəti, həmçinin "Omniasig" və "AON Broker de Asigurare-Reasigurare" sığorta şirkətləri yer alır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 80 Tarix: 21 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Rubio və Vensin yanında aparat rəhbərinə prezident olmağı təklif etdi
ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Stiven Milleri dünyanın ən güclü adamı adlandıraraq, zarafatla ondan prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub. Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu bəyanatla Ağ Evdəki brifinq zamanı çıxış edib. "Hazırda b
21 noyabrEstoniya dekabrdan Rusiya ilə sərhədini bağlayır
Estoniya hökuməti dekabrın 1-dən Rusiya ilə sərhəddəki avtomobil keçid məntəqələrinin fəaliyyətini dayandırmaq qərarına gəlib. xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Baş naziri Kristen Mixal mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Estoniya ilə Rusiya arasında avtomobil nəqliyyatı il
20 noyabrKaliforniyada 5,1 maqnitudalı zəlzələ olub
ABŞ-nin Kaliforniya ştatının Monterey dairəsindəki Soledad şəhəri yaxınlığında 5,1 maqnitudalı zəlzələ baş verib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Qurumun məlumatına görə, zəlzələnin ocağı 6,7 km dərinlikdə yerləşib
20 noyabrPutin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb
Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə
19 noyabrABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq
ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd
20 noyabr