""Black Friday"in strateji üstünlüyü yalnız həmin günün satış həcmi ilə ölçülmür" - AÇIQLAMA

""Black Friday"in strateji üstünlüyü yalnız həmin günün satış həcmi ilə ölçülmür" - AÇIQLAMA"Black Friday" artıq dünyanın bir çox ölkəsində alış-veriş mövsümünün ən dinamik və gözlənilən günlərindən birinə çevrilib. Son illərdə Azərbaycanda da bu gün həm istehlakçıların, həm də brendlərin diqqət mərkəzindədir. Endirim kampaniyalarının artması bazarda rəqabəti gücləndirsə də, müştəri gözləntilərini düzgün formalaşdırmaq və satış strategiyasını optimallaşdırmaq getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bəs, "Black Friday kampaniyalarının istehlakçı davranışına təsiri nə qədər realdır və şirkətlər bu gün üçün strategiya hazırlayarkən hansı əsas məqamlara diqqət yetirməlidirlər?"

Mövzu ilə bağlı Sonxeber.az-a Strateji kommunikasiya üzrə mütəxəssis Səfər Aslanov danışıb.

""Black Friday"in strateji üstünlüyü yalnız həmin günün satış həcmi ilə ölçülmür" - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, "Black Friday" kampaniyalarının istehlakçı davranışına təsiri qısamüddətli olsa da, kifayət qədər real və ölçülə biləndir:

"Bu dövrdə insanların alış qərarlarında impulsivlik artır, qiymətə həssaslıq yüksəlir və bir çox müştəri adi gündə planlaşdırmadığı alışları etməyə meylli olur. Bunun əsas səbəbi yüksək endirimlərin yaratdığı psixoloji "itirmə qorxusu" (FOMO) və məhdud zaman faktorudur.
Lakin kampaniyanın real effektivliyi yalnız endirimlərin dərinliyi ilə deyil, brendlərin strategiyanı nə dərəcədə düzgün qurmasından asılıdır. Bu kontekstdə şirkətlərin diqqət etməli olduğu bir neçə vacib məqam var:
1. Gözləntilərin düzgün idarə edilməsi.
Şişirdilmiş endirim və ya əvvəlcədən süni qiymətartımı kimi praktikalara istehlakçı artıq çox həssas yanaşır. Bu cür yanaşma qısamüddətli satış artımı yaratsa da, uzunmüddətli brend etibarını riskə atır.
2. Endirimlə yanaşı əlavə dəyər təqdim etmək.
İstehlakçı üçün təkcə qiymət deyil, çatdırılma sürəti, qaytarma şərtləri, müştəri xidməti və ümumi alış təcrübəsi də önəmlidir. Real dəyər təqdim edən brendlər kampaniya sonrası dövrdə də müştərini qorumaqda üstünlük qazanır.
3. Data əsaslı planlama.
"Black Friday" bir günlük kampaniya kimi görünsə də, əsl nəticə kampaniya öncəsi davranışın öyrənilməsi, satış kanallarının analizi və müştəri seqmentlərinin düzgün hədəflənməsi ilə müəyyən olunur. Bu məlumatlar növbəti illər üçün daha səmərəli strategiya qurmağa imkan verir.
4. Omnichannel yanaşma.
Son illərdə həm mağaza, həm də onlayn satış kanallarının paralel istifadəsi önəm qazanıb. Saytın yüklənmə sürəti, ödəniş prosesinin problemsiz işləməsi, mağazada növbələrin optimallaşdırılması və s. kimi faktorlar istehlakçı davranışını birbaşa formalaşdıran amillərdir.
5. Müştəri sadiqliyinin qorunması.
"Black Friday"in strateji üstünlüyü yalnız həmin günün satış həcmi ilə ölçülmür. Əsas sual odur ki, kampaniya bitdikdən sonra bu müştərinin şirkətə geri qayıtma ehtimalı nə qədərdir. Bu isə birbaşa dəyər və xidmət keyfiyyəti ilə bağlıdır.
Ümumilikdə, Black Friday kampaniyalarının təsiri realdır, lakin davamlı nəticə əldə etmək istəyən şirkətlər üçün əsas məqam endirimdən çox, müştəri təcrübəsinin idarə olunması və dəyər yaratmaqdır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 924   Tarix: 26 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr