Çinlilər Bakıda sabiq Baş nazir köməkçisinin evindən seyfi oğurlayıbmış - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Saray qəsəbəsi, "Villa Badam" yaşayış kompleksində yerləşən villadakı dəmir seyfdən 134.500 ABŞ dolları, 10 min manat pul və qiymətli qızıl-zinət əşyaları aparmaqla zərərçəkənə ümumilikdə 357.194 manat dəyərində oğurluq edən Çin vətəndaşları - 1981-ci il təvəllüdlü Vei Zinjian 7 il 6 ay, 34 yaşlı Vei Honqf isə 2 il müddətinə azadlqıdan məhrum edilib.
Qaynarinfo-nun məlumatına görə, evindən oğurluq olan şəxs 45 il dövlət qulluğunda işləmiş Natiq Əzizovdur.
Natiq Əzizov uzun illər sabiq Baş nazir Artur Rasi-zadənin köməkçisi vəzifəsində çalışıb. 2016-cı ildə ona "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilib. 23 oktyabr 2019-cu ildə Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə dövlət qulluğunda olmanın son yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilib. O, bir sıra dövlət qurumlarında da yüksək vəzifələrdə çalışıb.
Baş verən hadisə ilə bağlı Natiq Əzizov Sumqayıt Ağır Cinayətlər Məhkəməsindəki ifadəsində bildirib: "Mən göstərilən ünvanda həyat yoldaşımla birlikdə qalıram. Yayda ailəmlə Quba rayonunun Nügədi kəndinə istirahətə getdim. Uşaqlar zəng edərək evdən oğurluq edildiyini söylədilər. Bu səbəbdən evə qayıtdım. Gələn kimi Daxili İşlər Nazirliyinin "102" Xidmətinə zəng etdim və məlumat verdim. Polis əməkdaşları evə gəldi və araşdırma apardılar. Cinayət işinin materiallarında olan ifadəmdə həm dollar, həm də manatla olan pul vəsaitlərini, qızıl-zinət əşyalarını və onların qiymətlərini qeyd etmişəm. Qızıl-zinət əşyalarının qiymətlərindən bildiklərimi yazmışam, bilmədiklərimi isə "lom" qiyməti ilə hesabladılar.
Oğurlanan pul vəsaitləri və qızıl-zinət əşyalarının məbləği əslində ittiham aktında qeyd olunan 357.194 manatdan çoxdur. Elə zinət əşyaları var idi ki, onların qiyməti baha idi və "lom" qiyməti ilə hesablamaq olmazdı. Biz istintaq müddətində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları ilə əlaqədə olduq və cinayət işi ilə bağlı biz-birimizə lazımi kömək göstərdik. Mənim evimi təqsirləndirilən şəxslərə kimin göstərdiyini bilmirəm. "Villa Badam" yaşayış kompleksində 170 villa var. Həmin vaxt mənim evim kimi işığı yanmayan onlarla villa var idi. 45 il dövlət qulluğunda işləmişəm və heç bir xarici ölkə ilə əlaqəm olmayıb".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Qədim Şuşada gözəllik yaradılır
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI