Polisin "dayan" tələbinə tabe olmayan sürücü yaşlı qadını avtomobillə vurub qaçıb - VİDEO

Polisin "dayan" tələbinə tabe olmayan sürücü yaşlı qadını avtomobillə vurub qaçıb - VİDEOKüçükçekmecədə polisın "dayan" xəbərdarlığına məhəl qoymayaraq qaçan avtomobildəki 3 nəfər, əvvəlcə nəzarətçilərə çırpılıb, daha sonra yolun qarşısına keçən 60 yaşlı qadını avtomobillə vuraraq ağır yaralayıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə axşam saatlarında İstanbulun Küçükçekmece rayonunun Kemalpaşa məhəlləsində, Halkalı prospektində baş verib. İddiaya görə, prospekt üzərindəki bir şirniyyat dükanına yük gətirən şübhəli, bölgədəki KGYS kamerasının üz tanıma sisteminə düşüb. Bu məlumat ərazidə tətbiq aparan polis qruplarına bildirilib. Polis şübhəlini saxlayaraq kimlik təqdim etməsini istəyib. Şəxs kimliyinin maşında olduğunu deyərək yanındakı iki nəfərlə birlikdə avtomobilə minib qaçıb.

Polis avtomobili dayandırmağa çalışsa da, şübhəlilər Osmanbey küçəsinə daxil olub. Bu zaman yolun qarşısına keçən S.T. (60) adlı qadın avtomobil tərəfindən vurularaq altına düşüb və sürüklənib. Qadın ağır yaralanıb. Hadisə yerinə təcili tibbi yardım və əlavə polis qüvvələri göndərilib. İlk tibbi müdaxilədən sonra yaralı xəstəxanaya çatdırılıb. Qadının həyatının hələ də təhlükədə olduğu bildirilib.

Hadisədən sonra qaçan şəxsləri axtarmağa başlayan polis, təxminən 1 kilometr uzaqda avtomobilin tərk edilmiş halda tapıldığını açıqlayıb. Şübhəlilərin tutulması istiqamətində əməliyyatlar davam edir.

Təhlükəsizlik kamerası görüntülərində şübhəlilərin qaçarkən nəzarətçilərə çırpılması və daha sonra qadını vurub sürükləməsinə baxmayaraq qaçmağa davam etməsi anbaan əks olunub.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 586   Tarix: 05 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pəncərələri sınmış maşından qadın meyiti tapılıb - VİDEO

Türkiyənin Sakarya vilayətinin Adapazarı rayonunda yol kənarında park edilmiş avtomobildə kişinin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki,hadisə Güneşlər Mərkəz məhəlləsində baş verib. Şüşələri sındırılmış vəziyyətdə olan avtomobildə hərəkətsiz bir şəxsin olduğu barədə məlumat daxi

8 iyun
.

Polisin çevik müdaxiləsi faciənin qarşısını aldı - VİDEO

Türkiyənin Kayseri şəhərinin Kocasinan rayonunda polis əməkdaşlarının operativ müdaxiləsi nəticəsində bir nəfərin həyatını xilas etmək mümkün olub. türk mediasına istinadən xəbər verir ki, iddialara görə, həyat yoldaşından ayrıldıqdan sonra psixoloji gərginlik yaşayan şəxs yaşadığı evdə bıçaqla özün

9 iyun
.

Naxçıvanda kanalda boğulan uşağın kimliyi məlum oldu

Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində kanalda batan 7 yaşlı uşağın kimliyi və ölümünün təfərrüatı məlum olub. AZƏRTAC-a istinadən xəbər verir ki, 2019-cu il təvəllüdlü Elmir Cahangir oğlu Qurbanov kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb. Aparılan axtarış tədbirləri zaman

7 iyun
.

Maşını yumağa verdi, qiymətli boyunbağısından oldu

Bakının Yasamal rayonunda yerləşən avtoyuma məntəqələrinin birində müştəriyə məxsus avtomobildən 4300 manat dəyərində qızıl boyunbağı oğurlanıb. xəbər verir ki, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllə

5 iyun
.

İzlədiyini düşündü, hücum etdi - VİDEO

İdmandan sonra evinə qayıdan bir qadın, onu izlədiyini iddia etdiyi velosipedli bir kişi ilə qarşılaşıb. türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı tərəflər arasında mübahisə yaranıb. Mobil telefon kamerası ilə qeydə alınan görüntülərdə qadının həmin şəxsə fiziki müdaxilə etdiyi görünür

5 iyun
.

Metroda öldürülən gəncin görüntüləri ortaya çıxdı - VİDEO

İstanbulun Esenyurt rayonunda nişanlısı və qayınanası ilə səhər yeməyinə gedən 22 yaşlı gənc "yan baxma" mübahisəsi zəminində bıçaqlanaraq həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, hadisə ötən gün Esenyurtun Mevlana məhəlləsində, Marmara Park Ticarət Mərkəzinin qarşısındak

9 iyun
.

Can Polatın qətli ilə bağlı yeni detallar üzə çıxdı: "Əsl hədəf Engin Polat idi"

Türkiyənin Çeşmə bölgəsində Can Polatın qətli ilə bağlı aparılan istintaq çərçivəsində hadisəni törətməkdə təqsirləndirilən Serhat Altunun ifadəsi ortaya çıxıb. türk mediasına istinadən xəbər verir ki, şübhəli ifadəsində sosial şəbəkədə yazdığı bir şərhdən sonra "Daltonlar" kimi tanınan cinayətka

8 iyun
.

4 uşaq anası zirzəmidə ölü tapıldı: Ölüm səbəbi araşdırılır

Türkiyənin Hakkari vilayətində şübhəli ölüm hadisəsi qeydə alınıb. Bağlar məhəlləsində yerləşən yaşayış binasının zirzəmisində 4 uşaq anası H.Ç. hərəkətsiz vəziyyətdə aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisəni görən şəxslərin məlumat verməsindən sonra əraziyə polis və təcili tibb

8 iyun
.

Küçənin ortasında bıçaqlı hücum: Gənc qadın ağır yaralandı - VİDEO

Türkiyənin Adana şəhərinin Seyhan rayonunda baş verən bıçaqlı hücum hadisəsi narahatlıq doğurub. İddialara görə, Ramazan S. adlı şəxs küçədə qarşılaşdığı Nursel S.-yə arxadan yaxınlaşaraq bıçaqla hücum edib. türk mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində gənc qadın ağır yaralanıb. Ətrafdak

9 iyun