Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma
ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib.
Oxu.Az xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib.
Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisadi və psixoloji göstəricilərini təhlil ediblər. Araşdırmada əhalinin gəlirləri, səhiyyə xərcləri, ev heyvanlarının sayı və heyvanlardan insanlara keçə bilən "Toxoplasma gondii" parazitinin yayılma səviyyəsi müqayisə olunub.
Nəticələrə görə, pişiklərin sayının çox olduğu ölkələrdə insanlar özlərini daha xoşbəxt hiss edirlər. Lakin "Toxoplasma gondii" infeksiyasının yayılması xoşbəxtlik göstəricisini azaldır.
Məsələn, Çində xoşbəxtlik indeksi 5.97 təşkil edib. Bu göstərici tədqiqat üzrə orta hesabla 5.72 olub. Ölkədə hər 10 min nəfərə 376 pişik düşür.
Araşdırmanın maraqlı nəticələrindən biri də pişiklərin çox olduğu ölkələrdə "Toxoplasma gondii" infeksiyasına daha az rast gəlinməsidir. Alimlər bunu varlı ölkələrdə insanların daha çox ev heyvanı saxlaması və səhiyyə sisteminin daha inkişaf etmiş olması ilə əlaqələndirirlər.
Tədqiqat müəllifləri vurğulayıblar ki, müəyyən edilən əlaqə birbaşa səbəb-nəticə əlaqəsi kimi qiymətləndirilə bilməz. Bununla belə, nəticələr müxtəlif ölkələrdə əhalinin rifahına təsir edən amillərin öyrənilməsi üçün yeni imkanlar yaradır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 145 Tarix: 04 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
Niger səhrasında adi daş parçası olduğu düşünülən 24,67 kiloqramlıq qayanın əslində Marsdan gəldiyi məlum olub. NWA 16788 adı verilən nadir göktaşı Nyu-Yorkda keçirilən hərracda 5,3 milyon dollara satılıb. xarici mediaya istinadən xəbər verir ki, meteor daşı 16 iyul 2023-cü ildə Nigerin Aqadez bölgəsind
27 sentyabrTelefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın
Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"
4 oktyabrBacısının toyunda əsgər qardaşının sürprizi - VİDEO
Əsgər qardaşının bacısına etdiyi sürpriz sosial şəbəkələrdə maraq doğurub. -ın məlumatına görə, toy mərasimi zamanı gözlənilməz hadisə yaşanıb. Hərbi xidmətdə olan qardaş bacısının ən xoş günündə onu tək qoymayıb. O, hərbi formada qəfil toy məclisinə gələrək bacısına sürpriz edib. Qardaşını qarşısınd
3 oktyabrPsixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
Qısqanclıq sosial əhatədən dostluqlara, iş həyatından ailə və romantik münasibətlərə qədər bir çox sahədə davranışlarımıza təsir edə bilən duyğulardan biridir. Bəzən açıq şəkildə büruzə çıxan bu duyğu, bəzi hallarda isə olduqca məsum görünən sözlərin arxasında gizlənə bilir. xəbər verir ki, psixologiyay
27 sentyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabriPhone 18 Pro-da ciddi problemlər aşkarlandı
"Apple" yeni "iPhone" modellərində aşkarlanan bir sıra texniki problemləri aradan qaldırmaq üçün iOS 27.0.1 yeniləməsini təqdim edib. Yeniləmənin əsasən "iPhone 18 Pro" və "18 Pro Max" modellərindəki nasazlıqları düzəltdiyi bildirilir. xəbər verir ki, yeniləm
29 sentyabr