Azərbaycanda toy mərasimləri ilə bağlı MÜHÜM AÇIQLAMA - Toy qaydaları dəyişir?
Azərbaycanda toyların formatının yaxın zamanda tam dəyişə biləcəyi iddia olunur. Yeni model 100 nəfərlik məclis, bir müğənni və bir diceydən ibarət sadələşdirilmiş proqramı nəzərdə tutur.
Səbəb isə toy qiymətlərinin son illər məntiqi çərçivəni aşaraq kəskin bahalaşmasıdır. Artıq bəzi nişan və xına mərasimlərində təkcə müğənnilərə 100 min manatdan çox qonorar ödənməsi adi hal alıb. Dekor, yemək və digər xərclər əlavə olunduqda isə bir nəfər üçün toy xərcinin 500-700 manata qədər yüksəldiyi bildirilir.
Cəmiyyət bu cür toy formatını qəbul edəcəkmi? İddialar nə dərəcədə real görünür?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı globalinfo.az-a danışan restoran sahibi Mürvət Həsənlinin sözlərinə görə, Azərbaycanda bu cür toyların təşkili hələlik mümkün deyil:
"Çünki mövcud adət-ənənələr buna imkan vermir. Valideynlər övladlarının toyunu istədikləri kimi keçirmək arzusu ilə yaşayırlar. Hətta bir vaxtlar toy xərcləri üçün döşək altına pul yığmaq kimi ənənələr də olub. Digər tərəfdən, ailələr övladlarına toy edənədək çox sayda məclislərə gedir, hətta bəziləri gələcək dəvətlər üçün siyahı hazırlayır, plan qururlar. Ona görə də yaxın zamanda belə köklü ənənələrdən birdən-birə imtina etmək mümkünsüzdür".
Sosioloq Mail Yaqub deyib ki, cütlüyün xoşbəxtliyi toyda iştirak edən insanların sayından asılı deyil:
"Artıq toylar həddindən artıq şişirdilmiş vəziyyətə çatıb. Min nəfərlik toy nə deməkdir? İllərdir ünsiyyətdə olmadığın uzaq qohumu və ya dostu yalnız vaxtilə onun toyuna getdiyin üçün dəvət etmək, "verdiyim pulu qaytarsın" düşüncəsi ilə siyahıya salmaq anormal bir yanaşmadır.
Dünyanın heç bir yerində belə praktika yoxdur və bu prosesi dayandırmaq lazımdır. Toylarda stulun birinin 500-700 manat olması da absurddur. Buna "bazar rəqabətidir" deyib qəbul etmək doğru deyil, çünki bəzi hallarda dövlət müdaxiləsinə ehtiyac yaranır. Toylarda israfçılıq həddini aşır, insan nə qədər yemək yeyə bilər? Onlarla yemək növü, saysız-hesabsız salatlar təqdim etmək normal deyil. Bu səbəbdən yeni formatda, 100 nəfərlik, bir müğənni ilə keçirilən sadə toy modelini dəstəkləyirəm. Kimsə buna təşəbbüs etsə, əminəm ki, belə nümunələr çoxalacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Qədim Şuşada gözəllik yaradılır
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama