Autizmli şagirdlər məktəbdə iplə bağlandı - Təhsil Nazirliyi dərhal hərəkətə keçdi

Autizmli şagirdlər məktəbdə iplə bağlandı - Təhsil Nazirliyi dərhal hərəkətə keçdiBursanın Osmangazi rayonunda fəaliyyət göstərən BTSO Baha Cemal Zağra Xüsusi Təhsil Tətbiq Məktəbində autizmli şagirdlərin dərs zamanı partalara iplə bağlandığını göstərən görüntülər böyük narazılıq yaradıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sözügedən kadrlar məktəbdə övladı təhsil alan bir valideyn tərəfindən mobil telefonla qeydə alınıb. 9-16 yaş arası xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı məktəbdə baş verən hadisə ilə bağlı İl Təhsil İdarəsi tərəfindən araşdırma başladılıb.

Hadisə ilə bağlı danışan valideyn Tülay Gürel, şagirdlərin həm söyüş və təhqir, həm də fiziki məhdudlaşdırmaya məruz qaldığını bildirib:

"Şəhərimizdə kifayət qədər xüsusi təhsil mərkəzi var. Amma təəssüf ki, bəzi müəllimlərin həm təcrübəsiz, həm də bu uşaqlar haqqında kifayət qədər məlumatlı olmaması ciddi fəsadlara yol açır. Bu səbəbdən övladlarımız böyük çətinliklər yaşayır. Söyüşdən tutmuş iplə bağlanmaya qədər hər şey edilir. Buna təcili şəkildə tədbir görülməlidir".

Tülay Gürel uşaqların uyğun olmayan şəraitdə təhsil aldığını vurğulayaraq əlavə edib:

"Bu uşaqların sakit və xüsusi şəraitli məktəblərdə oxuması vacibdir. Təəssüf ki, bəzi müəllimlər uşaqlara davamlı olaraq mənfi reaksiya göstərirlər. Mənim övladım 11 yaşında və autizmli bir uşaqdır. Konya şəhərində oxuduğu dövrdə rəsmlər çəkirdi. Şəhər dəyişəndən sonra problemlər başladı. Məktəbə aparırıq, amma valideynlərin içəri girməsinə icazə verilmir. Uşağın uyğun olmayan mühitdə olması ona ciddi ziyan vurur. Təəssüf ki, bəzən müəllimlər gücləri çatmadığı üçün uşaqları idarə etmək məqsədilə bağlayırlar".

Məsələ ilə bağlı Təhsil Nazirliyinin araşdırmasının davam etdiyi bildirilir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 958   Tarix: 08 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

13 oktyabr
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

4 oktyabr
.

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev

14 oktyabr
.

Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video

Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi

15 oktyabr
.

Qızı ilə çörək almağa gedən ata motosikletin qurbanı oldu - VİDEO

İstanbulun Başakşehir rayonunda 45 yaşlı Mehmet Kartop 12 yaşlı qızı ilə çörək almağa gedərkən motosikletin vurması nəticəsində yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, sürətlə hərəkət edən və nömrəsi müəyyənləşdirilməyən motosiklet Kartopa çırpıldıqda

29 sentyabr
.

İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta

3 oktyabr
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

3 oktyabr
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub

3 oktyabr
.

Yeniyetmə oğlan infarktdan öldü

Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı

1 oktyabr