AZAL ADB-nin dəstəyi ilə dayanıqlı aviasiya üzrə texniki layihəyə başlayıb

AZAL ADB-nin dəstəyi ilə dayanıqlı aviasiya üzrə texniki layihəyə başlayıb"Azərbaycan Hava Yolları" (AZAL) QSC və Asiya İnkişaf Bankı (ADB) "ESG-nin əməliyyatlaşdırılması" (Ətraf mühit, Sosial və İdarəetmə) texniki dəstək layihəsinin başlanması və dayanıqlılıq sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıb.

Sonxeber.az AZAL-a istinadən xəbər verir ki, layihə aviaşirkətin ətraf mühit, korporativ idarəetmə və əməliyyat proseslərinə dayanıqlı inkişaf prinsiplərinin sistemli şəkildə inteqrasiyasını, biznes dəyərinin artırılmasını və dayanıqlı investisiya imkanlarının genişləndirilməsini nəzərdə tutur.

Memorandumu AZAL-ın prezidenti Samir Rzayev və ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal imzalayıb. Tədbirdə ADB-nin regional direktoru Enriko Pinali, həmçinin AZAL və bankın nümayəndələri iştirak ediblər.

ADB-nin maliyyələşdirdiyi texniki dəstək layihəsinin elan olunması və tərəflər arasında imzalanan Memorandum 7 dekabr - Beynəlxalq Mülki Aviasiya Gününə həsr olunub. Bir il müddətinə həyata keçiriləcək "ESG-nin əməliyyatlaşdırılması" layihəsi çərçivəsində ESG prinsiplərinin əsas idarəetmə və əməliyyat proseslərinə inteqrasiyası təmin ediləcək.

Layihə, həmçinin dayanıqlı maliyyələşdirmə və "yaşıl" aviasiya təşəbbüslərinin inkişafı, biomüxtəlifliyin qorunmasına yönəlmiş layihələrin hazırlanması, əməkdaşların bu sahə üzrə bilik və bacarıqlarının artırılması, eləcə də ən müasir ESG hesabatlılıq sisteminin formalaşdırılmasını nəzərdə tutur.

"ADB ilə bu əməkdaşlıq dayanıqlı inkişaf strategiyamızın həyata keçirilməsində mühüm mərhələdir. AZAL ESG təcrübələrinin tətbiqinə və investisiya imkanlarının genişləndirilməsinə, eləcə də maliyyə institutları ilə tərəfdaşlıqların gücləndirilməsinə xüsusi önəm verir. Fəaliyyətimizi Azərbaycanın milli inkişaf məqsədləri və qlobal çağırışlarla uzlaşdıraraq aviasiya sektorunun dayanıqlı transformasiyasına töhfə verməkdə qərarlıyıq. Əminik ki, bu birgə layihə maliyyə təşəbbüslərinin reallaşdırılmasına və Azərbaycanda, o cümlədən regionda dayanıqlı aviasiyanın inkişafına əlavə təkan verəcək," - deyə AZAL-ın prezidenti Samir Rzayev bildirib.

"ADB Azərbaycanın aviasiya sektorunda dayanıqlılığın artırılması istiqamətində texniki dəstək göstərməklə AZAL ilə tərəfdaşlığını genişləndirməkdən məmnundur. Bu təşəbbüs ətraf mühit, sosial məsuliyyət və idarəetmə prinsiplərinin AZAL-ın əsas biznes proseslərinə inteqrasiyası üzrə ortaq öhdəliyimizi əks etdirir və aviaşirkətin dayanıqlı inkişaf hədəflərinə xidmət edir. Beləliklə, Azərbaycanın dayanıqlı inkişaf prioritetləri naminə yaşıl və innovativ aviasiyanın inkişafına əhəmiyyətli töhfə verməyi qarşımıza məqsəd qoyuruq", - deyə ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal qeyd edib.

Həmçinin ADB və AZAL arasında əməkdaşlığın digər istiqamətləri də nəzərdən keçirilir. Təmiz enerji təşəbbüsləri, emissiyaların kompensasiya olunması üzrə kreditlər, yaşıl istiqrazlar, dairəvi iqtisadiyyat və s. kimi müxtəlif istiqamətlər üzrə əməkdaşlıq perspektivləri araşdırılır.

ADB ilə bu yeni əməkdaşlıq AZAL-ın ESG strategiyasının və "Sıfır/Sıfıra Yaxın Emissiya Planı"nın ("Net/Near Zero Emissions") icra olunmasında uzunmüddətli real perspektivlər yaradır. Eyni zamanda aviaşirkət regional əlaqəliliyin gücləndirilməsi, yeni tərəfdaşlıqların inkişafı, ESG üzrə statistik məlumatların təhlili, iqlim risklərinin investisiya layihələrinə inteqrasiyası, beynəlxalq standartların tətbiqinin davam etdirilməsi, həmçinin şəffaflıq və hesabatlılığın artırılması istiqamətində mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 571   Tarix: 09 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

1 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

1 noyabr