Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib

Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilibDekabrın 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Musa Quliyev iclasda iki məsələnin müzakirəyə çıxarıldığını deyib və həmin sənədləri təqdim edib.

Sonxeber.az xəbər verir ki, Əvvəlcə Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, "Həmkarlar ittifaqları haqqında", "Sosial sığorta haqqında", "Bələdiyyələrin statusu haqqında", "Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyasəti haqqında", "Yaşayış minimumu haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", "İşsizlikdən sığorta haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Məşğulluq haqqında" və "Hesablama Palatası haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə çıxaran Musa Quliyev bildirib ki, sənəddə 457 dəyişiklik təklif olunub və bu dəyişikliklər təkcə sayına görə deyil, həm də sanbalına görə böyük dəyişikliklərdir.
Komitə sədri bildirib ki, ölkəmizdə işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanda elektron hökumət qurulması istiqamətində böyük iş gedir, texnologiyaların, xüsusilə süni intellektin tətbiqinin əmək münasibətlərinə təsiri daha da genişlənir. Bu səbəbdən təklif olunan layihədə də əmək qanunvericiliyinin müasir çağırışlara uyğunlaşdırılması, beynəlxalq əmək normalarını nəzərə almaqla təkmilləşdirilməsi, elektron sistemlərlə bağlı yeni qaydaların müəyyənləşdirilməsi və mövcud boşluqların aradan qaldırılması məqsədilə bir sıra dəyişikliklər təklif olunub. Komitə sədri təklif olunan dəyişikliklərdə əmək münasibətlərinin təkmilləşdirilməsi, çevik və sosialyönümlü hüquqi tənzimləmələrin tətbiqi, müasir iş şəraitinə uyğun yeni anlayışların qanunvericiliyə daxil edilməsi, Beynəlxalq Əmək Təşkilatının normaları əsasında milli qanunvericiliyin yenilənməsi ilə bağlı müddəalar haqqında fikirlərini bölüşüb.

Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev layihədə nəzərdə tutulan dəyişikliklərlə bağlı təqdimatla çıxış edib. O bildirib ki, layihə 18 qanunun 178 maddəsinə dair dəyişikliyi ehtiva edir. Dəyişikliklərin böyük qismi Əmək Məcəlləsinə aiddir. Digər qanunlara təklif olunan dəyişikliklər isə Əmək Məcəlləsindəki təklif olunan dəyişikliklərdən irəli gəlir.

Bildirilib ki, qanunvericiliyə daxil edilən "ailə vəzifələri olan işçi", "məsafədən (distant) iş" kimi yeni anlayışlar əmək münasibətlərinin çevik və sosialyönümlü şəkildə tənzimlənməsinə xidmət edir. Layihədəki digər dəyişikliklər BƏT-in konvensiyalarının müddəalarının milli qanunvericilikdə təsbiti, həmçinin "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələblərinə uyğunlaşdırma xarakterlidir. Bundan başqa işəgötürənin fəaliyyətinin dayandırılması ilə bağlı əmək müqaviləsinə xitam prosedurları dəqiqləşdirilir, həqiqi hərbi xidmətə çağırılan işçilərə ödənilən müavinət məbləği qanunvericiliklə uyğunlaşdırılır. Həmçinin məzuniyyətlə bağlı ödəniş qaydaları dəqiqləşdirilir, məzuniyyət hüququ genişləndirilir, əməyin mühafizəsi sahəsində yeni tələblər müəyyən edilir. Vurğulanıb ki, ümumilikdə dəyişikliklər əmək münasibətlərinin daha aydın, səmərəli və sosialyönümlü şəkildə tənzimlənməsini hədəfləyir.

Layihə ilə bağlı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev çıxış edərək bildirib ki, dəyişikliklər əmək münasibətlərinin yeni iqtisadi reallıqlara uyğunlaşdırılması, beynəlxalq əmək standartlarının tələblərinin təmin edilməsi və praktikada üzə çıxan boşluqların aradan qaldırılması zərurətindən irəli gəlir. O qeyd edib ki, layihə aidiyyəti dövlət qurumları və sosial tərəfdaşlarla geniş müzakirə olunub, daxil olan təkliflər nəzərə alınmaqla təkmilləşdirilib.

Nazir müavini dəyişikliklərin əsas nəticələri barədə danışaraq qeyd edib ki, layihə Azərbaycanın ratifikasiya etdiyi BƏT konvensiyalarının tələblərinin milli qanunvericilikdə daha sistemli və aydın əks olunmasına şərait yaradacaq. Həmçinin sənəddə distant iş anlayışının hüquqi əsası daha aydın şəkildə müəyyənləşdirilib. Nazir müavini vurğulayıb ki, layihədə sosial həssas qrupların, xüsusilə ailə öhdəlikləri olan işçilərin əmək münasibətlərində müdafiəsinin gücləndirilməsi də xüsusi diqqət mərkəzindədir.

Rəşad Mustafayev qeyd edib ki, layihədə nəzərdə tutulan digər mühüm dəyişiklik 46 təqvim günündən az olmayan məzuniyyət hüququnun daha geniş sosial müdafiə qruplarına şamil olunması ilə bağlıdır. Sənəddə işçinin işdən kənarlaşdırılması ilə bağlı təklif olunan dəyişikliklər isə əməyin mühafizəsinin, işçilərin təhlükəsizliyinin, həm də iş prosesinin effektivliyinin artırılmasına xidmət edir.

Nazir müavini sonda vurğulayıb ki, dəyişikliklər yalnız hüquqi yenilənmə deyil, həm də əmək bazarında daha sağlam tarazlıq, daha güclü sosial müdafiə və daha ədalətli əmək münasibətləri deməkdir.

Layihənin müzakirəsində Əmək və sosial siyasət komitəsi sədrinin müavini Elşad Musayev, komitə üzvləri Nigar Məmmədova, Jalə Əliyeva, Vüqar Bayramov, Sevinc Hüseynova, Əziz Ələkbərov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxış edərək təklif olunan dəyişiklikləri mütərəqqi dəyişikliklər kimi dəyərləndiriblər, həm beynəlxalq standartlara uyğunlaşma, həm də sosial ədalətin təminatı baxımından vacib addım kimi qiymətləndiriblər.
Onlar əmək qanunvericiliyinə müasir əmək münasibətlərinə uyğun, sosialyönümlü və ədalətə əsaslanan yeni anlayışların, qaydaların gətirilməsini təqdir ediblər, əlilliyi olan şəxslərin, digər sosial həssas qruplardan olan işçilərin əmək hüquqlarının möhkəmlənməsi, əmək təhlükəsizliyinin təmini kimi məsələlər dair bəzi qeydlərini və suallarını səsləndirlnblər.

İclasda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev. AHİK-in sədri Sahib Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fuad Heydərov deputatların qaldırdıqları məsələlər aydınlıq gətirəndən sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
Sonra iclasda dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra məsələlərin daha təkmil tənzimlənməsini nəzərdə tutan Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "Dövlət qulluğu haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də birinci oxunuşda baxılaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputat Bədəl Bədəlov, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 657   Tarix: 10 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr