İnsan odu nə vaxt və necə ram edib? - Alimlər yeni sübutlar tapdı

İnsan odu nə vaxt və necə ram edib? - Alimlər yeni sübutlar tapdıAlimlər müasir İngiltərənin ərazisində yeni sübutlar aşkar etdiklərini bildirirlər. Bu tapıntılar əcdadlarımızın odu necə və nə vaxt yandırmağı öyrəndiklərinə dair təsəvvürlərimizi dəyişə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "NBCNews" yazır.

"Nature" jurnalında dərc olunan araşdırmada alimlər 400 min il yaşı olan ocaq izləri, çaxmaqdaşından hazırlanmış alətlər və pirit parçalardan ibarət sübutlar aşkarladıqlarını təsvir edirlər. Bu qalıqlar neandertallərin bir vaxtlar yaşadığı və ya düşərgə saldığı, gölməkli meşəlik bir ərazidə tapılıb. İddia olunur ki, insan əcdadları piritə çaxmaqdaşı ilə vuraraq qığılcım çıxarıb od yandırıblar.

Tədqiqatçılar bildirirlər ki, "Barnhem sahəsi" adlanan ərazidəki bu tapıntı bəşər tarixində odun yandırılmasına dair ən qədim birbaşa sübutdur.

Nəşrdə tədqiqat müəlliflərindən biri, Britaniya Muzeyinin kuratoru Nik Eshton deyir: "Bu yerin yaşı 400 min ildir və burada yalnız Britaniya və Avropada deyil, demək olar, bütün dünyada ən erkən od yandırma izlərini tapmışıq".

O əlavə edib ki, bu kəşf insan əcdadlarının od yandırması ilə bağlı inandırıcı sübutların tarixini təxminən 350 min il geri çəkir.

Alimlər qeyd edirlər ki, əcdadlarımız odu hansı məqsədlə istifadə ediblər - bu barədə dəqiq məlumat yoxdur. Ola bilsin ki, onlar maral ətini bişirir, alətlər düzəldir və ya sadəcə ocaq işığında söhbət edirdilər.

İnsan əcdadlarının od yandırmaq bacarığını nə vaxt qazandığı təkamül və sosial davranış baxımından həlledici əhəmiyyət daşıyır.

Bir nəzəriyyəyə görə, odun istifadəsi əcdadlarımızın beyin ölçüsünün artmasına səbəb olub. Çünki bişmiş qida daha çox kalori həm də daha asan həzm imkanı yaradırdı. Başqa bir fikir isə od üzərində nəzarətin gecə vaxtı toplaşma məkanlarının yaranmasına, bunun isə sosiallaşmanı və idrak təkamülünü gücləndirməsinə səbəb olduğu yönündədir. London Təbiət Tarixi Muzeyinin insan təkamülü araşdırmalarının rəhbəri və tədqiqatın müəlliflərindən biri Kris Strinjer qeyd edir:

"Bilirik ki, həmin dövrdə insan beyninin ölçüsü artmağa doğru gedirdi və müasir səviyyəyə yaxınlaşırdı. Beynimiz böyük enerji tələb edir - bədənimizin enerjisinin təxminən 20 faizini istehlak edir. Odun istifadəsi isə qidadan qida maddələrinin daha yaxşı alınmasına şərait yaradır, bu da beynin qidalanmasına və işləməsinə kömək edir. Beləcə, beynin böyüməsi üçün təkamül şəraiti formalaşır".

Alim əlavə edir ki, bu tapıntı insanların od yandırmaq bacarığının "başlanğıcı" deyil, sadəcə bu barədə ən qədim etibarlı nümunədir. Daha əvvəl Cənubi Afrika, İsrail və Keniya ərazilərində odun istifadəsinə dair daha qədim ehtimallar irəli sürülüb, lakin onlar mübahisəli interpretasiyalar olaraq qalır.

Arxeoloji baxımdan əsas çətinlik isə budur: tapılan yanıq izləri meşə yanğınından qalıb, yoxsa insanlar tərəfindən yandırılıb?

Kanadadakı Saymon Freyzer Universitetinin arxeologiya kafedrasının böyük müəllimi Dennis Sandqeyt, araşdırmada iştirak etməsə də, bildirir: "Məsələ ondadır ki, bu atəşi təbii mənbələrdən toplayıb saxlayırdılar, yoxsa özləri yaradırdılar? İlk baxışda bu tapıntı insanların od yandırmağı bacardığı fikrini güclü şəkildə dəstəkləyir".

Alimlər yanıq izləri olan çöküntülərin, od təsiri ilə dəyişmiş çaxmaqdaşı əl baltalarının və iki kiçik pirit parçasının mövcudluğunu qeyd edirlər. Geoloji analiz göstərib ki, pirit həmin ərazidə son dərəcə nadir rast gəlinir və çox güman ki, insanlar tərəfindən od yandırmaq üçün gətirilib.

Niderlanddakı Leyden Universitetinin paleolit arxeologiyası üzrə fəxri professoru Vil Rjobruks yazır ki, təqdim olunan sübutların böyük hissəsi "dolayı" xarakter daşıyır.

O əlavə edir ki, yaşı təxminən 50 min il olan daha gec dövr neandertal düşərgələrində piritlə qığılcım çıxarma izləri olan alətlər tapılıb. Bu, odun insan tərəfindən istifadəsinə dair "təkzibolunmaz sübut" sayılır, lakin Barnhem nümunəsində bu səviyyədə qətiyyət yoxdur. Rjobruks yazır: "Müəlliflər Barnhem məlumatlarının analizini əla aparıblar, amma onların bunu ‘od istifadəsinin ən erkən sübutu’ kimi təqdim etməsi bir qədər ifrat görünür".

Alimlər vurğulayırlar ki, od insan əcdadları üçün isinə bilmək, qida hazırlamaq, yırtıcılardan qorunmaq və qatranı əridərək yapışqan hazırlamaq kimi həyati funksiyalara sahib idi.

Sandqeyt bildirir ki, od yandırma bacarığının inkişafı düzxətli proses olmayıb - müxtəlif dövrlərdə müxtəlif qruplarda öyrənilib, unudulub və yenidən kəşf edilib. O, təxminən 100 ovçu-toplayıcı qrup haqqında məlumatları araşdırdığını və onların bəzilərinin ümumiyyətlə od yandırmağı bacarmadığını qeyd edir.

"Görünür, od yandırmaq bacarığı müxtəlif bölgələrdə yaşayan bir neçə qrup tərəfindən zamanla kəşf olunub, sonra itib, yenidən ortaya çıxıb və yenidən itib. Bu, çox mürəkkəb tarixdir", deyə alim vurğulayır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 635   Tarix: 11 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı

Orta əsrlər İngiltərəsində kasıb ailələrdə böyüyən insanlar qurğuşunun zərərli təsirinə daha çox məruz qalıblar. Alimlər bunun səbəblərini araşdıraraq sosial təbəqə ilə zəhərli metala məruzqalma səviyyəsi arasında əlaqə müəyyən ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələr

14 oktyabr
.

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1

15 oktyabr
.

Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video

Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th

15 oktyabr
.

CNN: "ABŞ İrana qarşı "bütün bombaların anası"ndan istifadə etməyi nəzərdən keçirir"

ABŞ ordusu prezident Donald Trampın hərbi əməliyyatların bərpası barədə göstəriş verəcəyi təqdirdə İranda enerji infrastrukturu və nüvə obyektlərinə zərbələr endirmək üçün yeni planlar hazırlayıb. CNN-in ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, bu planlara "bütün bombaların anası" adlandırıla

15 oktyabr
.

Ukraynanın Dnepropetrovsk vilayətində Rusiya hücumları nəticəsində iki nəfər həlak olub, qubernator bildirib

Vilayət qubernatoru Aleksandr Hanja Telegram mesajlaşma tətbiqində bildirib ki, Rusiya hava hücumları nəticəsində Ukraynanın cənub-şərqindəki Dnepropetrovsk bölgəsində iki nəfər həlak olub. France 24-ə istinadən xəbər verir ki, Rusiya gecə boyu Ukraynanı bombalamağa davam edib. Müəllif: İlkin Məmmədkərimo

15 oktyabr
.

Avropa Komissiyası Ukraynaya müdafiə ehtiyacları üçün 2,86 mlrd. avro köçürüb

Avropa Komissiyası Ukraynaya pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və raketlərin alınması üçün 2,86 milyard avro vəsait köçürüb. APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib. Qeyd olunub ki, vəsait 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsind

14 oktyabr
.

Zelenski: Ukrayna Rusiyanın neft emalı zavodlarına tətilləri bərpa edir

Ukrayna üç günlük fasilədən sonra Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələri bərpa edir. xəbər verir ki, Prezident Volodymyr Zelensky Financial Times qəzetinə verdiyi açıqlamada bildirib ki, "Embarqo qaldırılıb. Artıq kifayətdir". O bildirib ki, Kiyev ABŞ prezidenti Donald Trampın tələb

15 oktyabr
.

Zelenski Britaniyada səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada səfərdədir. "Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Artıq komanda ilə birlikdə Britaniyadayıq. Bu gün Kral II Çarlzla qəbul planlaşdırılıb. Həmçinin Baş nazir Endi Börnheml

14 oktyabr
.

İran Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını pisləyib

İran Xarici İşlər Nazirliyi Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını qətiyyətlə pisləyərək, bu addımın BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğunu bildirib. xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qüdsün Fələstin ərazisinin ayrılmaz hissəs

16 oktyabr