Suda üzə bildiyi deyilmişdi, göldə batdı - Fotolar
ABŞ-də "Tesla Cybertruck" elektromobili ilə Qreypvayn gölünə daxil olan sürücü həbs olunub.
"Qafqazinfo" "Electrek" nəşrinə istinadən xəbər verir ki, hadisə Texas ştatında baş verib.
Belə ki, yeni aldığı elektromobilin amfibiya rejimini ("Wade Mode") sınaqdan keçirmək istəyən sürücü onu gölün içinə sürüb. Dayaz suda bir qədər hərəkət edən avtomobil dərinliyə doğru irəlilədikcə sönüb və batmağa başlayıb. Sürücü və sərnişinlər avtomobili dərhal tərk ediblər. Qreypvayn yanğınsöndürmə xidmətinin su xilasetmə komandası elektromobili sudan çıxarmaq üçün bir neçə saat çalışmalı olub.
"Tesla Cybertruck"ın sahibi isə gölün qapalı ərazisində nəqliyyat vasitəsi idarə etdiyinə və su təhlükəsizliyi qaydalarını pozduğuna görə həbs edilib.
"Nəqliyyat vasitəsi fiziki olaraq dayaz suya daxil olmağa qadir olsa belə, bu, Texas qanunvericiliyinə əsasən hüquqi problemlər və təhlükəsizlik problemləri yarada bilər", - polisin açıqlamasında deyilir.
Qeyd edək ki, "Wade Mode" rejimi dayaz su hövzələrindən qısamüddətli keçmə üçün nəzərdə tutulub. Bu rejim aktivləşdirildikdə avtomobilin akkumulyatoruna suyun düşməməsi üçün əlavə təhlükəsizlik tədbirləri işə düşməlidir. "Tesla"nın rəhbəri İlon Mask isə "Cybertruck"ın müəyyən müddət qayıq funksiyasını yerinə yetirə biləcəyini iddia etmişdi. Şirkətin açıqlamasında "Wade Mode" rejiminin nəqliyyat vasitəsinin yüksəlməsini təmin edərək təxminən 800 millimetr dərinliyə qədər suda hərəkət edə bilməsinə imkan yaratdığı bildirilir.





Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1198 Tarix: 21 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ İsrailə 40.000 ədəd hava bombası satmağı planlaşdırır
ABŞ prezidenti Donald Trampın administrasiyası İsrailə hər biri 200 funt (təxminən 907 kq) ağırlığında 40.00 hava bombasını əhatə edəcək 2,8 milyard dollarlıq silah paketi satmağı planlaşdırır. xəbər verir ki, mənbələrin məlumatına görə, müqaviləyə 20.00 MK-84 və 20.00 BLU-117 bombaları, eləcə də 20.0
16 sentyabrBöyük Britaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Böyük Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiyanı Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Rusiya XİN-in məlumatına istinadən xəbər verir. Nazirlikdə diplomata London tərəfindən Ukraynaya PUA və digər silah sistemləri tədarükünün artırılması ilə əlaqədar etiraz bildirilib
18 sentyabrƏrdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı
Türkiyə Prezidentinin baş müşaviri və Prezidentin Hüquq Siyasətləri Şurasının sədr müavini Mehmet Uçum 2028-ci ildə keçirilməsi gözlənilən prezident və parlament seçkilərinin mümkün tarixi ilə bağlı proqnozunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, Türkiyə Mətbuat Federasiyasında çıxış edən Uçum seçkiləri
17 sentyabrKanada Aİ-nin ilk assosiativ üzvü ola bilər: fon der Leyen
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kanadanın Baş naziri Mark Karniyə Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olması üçün işə başlamağı təklif edib. xəbər verir ki, Von der Leyen bu təklifi sentyabrın 16-da illik Birliyin Vəziyyəti ilə bağlı çıxışı zamanı irəli sürmüşdü. O, Aİ-ni
16 sentyabrBu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord
Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın
16 sentyabrAlimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Alimlər kainatın sonunun nə vaxt baş verə biləcəyini hesablayıblar. Nəticələr Kornell Universiteti, Şanxay Tsyaotun Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları tərəfindən əldə edilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" yazıb. Tədqiqata görə, NASA ekspertlərinin də dəstəklədiy
14 sentyabr