Yellouston parkına canavarlar gətirildi: 20 il ərzində çayları tam dəyişdilər

Yellouston parkına canavarlar gətirildi: 20 il ərzində çayları tam dəyişdilər1995-ci ildə ABŞ-ın Yellouston Milli Parkına boz canavarlar gətirilib. Bu, 1920-ci illərdə demək olar ki, tam yoxa çıxmış növün təxminən 70 ildən sonra yenidən ekosistemə qaytarılması idi.

Qaynarinfo xəbər verir ki, bioloq Skott Treversin "Forbes" üçün yazdığı məqaləyə görə, bu addım parkın ekoloji sistemini köklü şəkildə dəyişib.

Canavarlar gəlməzdən əvvəl

Parkda əsasən maralların (loslar) populyasiyası üstünlük təşkil edirdi. Onlar söyüd, ağcaqayın və qovaq kimi gənc ağacları həddindən artıq yeyərək çay vadilərində və sahilyanı zonalarda ciddi deqradasiyaya səbəb olmuşdular. Nəticədə sahil bitkiləri zəifləyir, torpaq eroziyası artır və çayların strukturu sadələşirdi.

Trofik kaskad effekti

Canavarların yenidən ekosistemə daxil edilməsindən sonra vəziyyət dəyişdi. Ekologiyada bu, "trofik kaskad" adlanır: yırtıcılar ot yeyənlərin sayını və davranışını dəyişdirir, bu da bitki örtüyünə və bütövlükdə landşafta təsir edir.

Araşdırmalar göstərib ki, bitki örtüyü ən çox əvvəllər maralların sərbəst yaşadığı ərazilərdə bərpa olunub. Yəni canavarlar dolayı yolla çayların formasını belə dəyişib - bitkilər dəyişib, bitkilərlə birlikdə isə su axınlarının ətraf mühiti dəyişib.

İki mexanizm: ov və qorxu

Canavarlar maral populyasiyasını həm birbaşa ovlama, həm də "qorxu effekti" vasitəsilə azaldır. Marallar riskli ərazilərdən uzaq durmağa başlayır, xüsusilə sıx bitki örtüyü və dar vadilər canavarlar üçün pusqu yeri olduğu üçün bu zonalar daha az istifadə olunur. Bu fenomen "qorxu ekologiyası" adlanır.

Qunduzlar və ekosistem bərpası

Bitki örtüyünün bərpası qunduz populyasiyasına da müsbət təsir göstərib. Söyüd qunduzlar üçün əsas qida və tikinti materialıdır. Qunduz bəndləri su axınını yavaşladır, bataqlıqlar yaradır və biomüxtəlifliyi artırır.

Sahil bitkilərinin bərpası çay sahillərini sabitləşdirir, eroziyanı azaldır və suyun temperaturunu tənzimləyir. Bu isə balıqlar, həşəratlar və digər su canlıları üçün daha stabil mühit yaradır.

Canavarların geri qayıtması təkcə bir növün bərpası deyil, bütöv ekosistemin yenidən qurulmasına səbəb olub. Bu dəyişikliklər qida zəncirinin yuxarı səviyyəsindən başlayaraq ən kiçik orqanizmlərə qədər bütün təbiət sisteminə təsir edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 982   Tarix: 21 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranla bağlı kritik qərar ərəfəsi: ABŞ yeni hücum variantlarını müzakirə edir

ABŞ və İran arasında hərbi qarşıdurma ilə bağlı gərginlik davam edir. Vaşinqtonun Tehrana qarşı mümkün yeni hərbi əməliyyatları müzakirə etdiyi bir vaxtda ABŞ Senatında prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını davam etdirməsi üçün Konqresin razılığını tələb edən qanun layihəsi qəbu

20 noyabr
.

"GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı

13 ildən sonra təqdim edilən "Grand Theft Auto 6" (GTA 6) əyləncə sənayesi tarixinin ən böyük açılışına imza atıb. xəbər verir ki, oyun elə ilk gündə 24,5 milyondan çox nüsxə satılaraq təxminən 2,36 milyard dollar gəlir gətirib. Bu barədə "Sensor Tower" analitik platforması məluma

20 noyabr
.

Putin bütün Avropaya qarşı müharibə aparır və qalib gəlməyəcək

Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinin apardığı müharibənin bütün Avropaya qarşı yönəldiyini bildirib. xəbər verir ki, kansler Ukraynada sülhün bərqərar olması üçün səylərin davam edəcəyini vurğulayıb. "Bir daha açıq şəkildə bildirirəm ki, Rusiya bu müharibədə qalib gəlməyəcək

20 noyabr
.

Pezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb - Video

İran Prezidenti Məsud Pezeşkian ölkədə yaşanan enerji böhranı fonunda elektrik enerjisinə qənaət tədbirlərini əyani şəkildə nümayiş etdirmək məqsədilə dövlət televiziyasının nümayəndələrini öz iş otağına dəvət edib. xəbər verir ki, bu barədə İran mətbuatında məlumatlar yayılıb. İran dövlət televiziyasını

21 noyabr
.

ABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə razılaşıb

ABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə onlara razılaşıb. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə, burada məsələ Kiyev və Avropanın ABŞ-nin təklif etdiyi

19 noyabr
.

Aİ-nin Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin hazırlanması başa çatdırılıb

Avropa Komissiyası (AK) Rusiyaya qarşı sanksiyaların 22-ci paketinin hazırlanmasını başa çatdırıb. Paketə 150 fiziki və hüquqi şəxs daxil ediləcək. "Postimees" qəzetinin məlumatına görə, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib. "22-ci sanksiya paketi hazırdır. Buray

20 noyabr
.

Bu ölkədə 6 günlük iş həftəsi ləğv edilir

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkədə həftədə 6 gün iş və 1 gün istirahət nəzərdə tutan "6x1" iş sisteminin ləğvi haqqında fərman imzalayıb. "Qafqazinfo"nun məlumatına görə, dövlət başçısı sosial media hesabında bildirib ki, yeni tənzimləməyə əsasən, işçilərin əməkhaqqında

20 noyabr
.

Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"

Tayvan hakimiyyəti Çinin sosial şəbəkələr vasitəsilə ölkədə keçiriləcək seçkilərə təsir göstərməyə çalışdığını iddia edib. Reuters-ə istinadən xəbər verir ki, Tayvan minlərlə şübhəli hesabla bağlı Meta şirkətinə müraciət edib. Rəsmi açıqlamada 2 500-dən çox hesabın Çinlə əlaqəli təsir kampaniyasını

20 noyabr
.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl

20 noyabr