"Epidemiya o bölgəyə yayılsa, fəlakət olacaq" - Fotolar
Ebola epidemiyası Konqo Demokratik Respublikasınin şərq bölgələrində yayılmaqda davam edir. Xəstəliyin silahlı qrupların nəzarətində olan ərazilərə çatması narahatlıqları artırıb.
"Qafqazinfo" AFP-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən fövqəladə vəziyyət kimi qiymətləndirilən epidemiya ölkənin şərqində, xüsusilə Cənubi Kivu və İturi əyaləti istiqamətində qeydə alınıb.
Bu ərazilərin bir hissəsi M23 hərəkatınin nəzarəti altındadır.
Rəqəmlərə əsasən, ölkənin Milli İctimai Səhiyyə İnstitutu (INSP) təxminən 671 şübhəli hal qeydə alıb, onlardan 160-ı ölümcül nəticələnib. 64 təsdiqlənmiş yoluxma və 6 təsdiqlənmiş ölüm faktı da açıqlanıb.
Epidemiyanın qarşısının alınması isə regionda davam edən silahlı qarşıdurmalar səbəbindən çətinləşir. Xüsusilə hökumət qüvvələri ilə M23 arasında gərginlik səhiyyə xidmətlərinin çatdırılmasına ciddi maneələr yaradır.
Bölgədə fəaliyyət göstərən humanitar nümayəndələr bildirirlər ki, minlərlə məcburi köçkün üçün əsas sanitariya şəraiti belə mövcud deyil. İturinin mərkəzi Bunia yaxınlığında yerləşən düşərgələrdən birinin nümayəndəsi vəziyyəti "kritik" adlandırıb.
"16 min köçkün üçün nə əl yumaq üçün yer, nə də minimal gigiyena şəraiti var. Əgər epidemiya burada daha geniş yayılsa, nəticələr fəlakətli ola bilər", - deyə yerli rəsmilər xəbərdarlıq ediblər.










Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1061 Tarix: 22 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUKMTO: Oman sahillərində daha bir tanker vurulub
Hörmüz boğazında sutka ərzində ikinci tanker atəşə tutulub. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omanın Əl-Həsəb şəhərindən 17 dəniz mili şərqdə baş vermiş insiden
21 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrİndoneziyada Semeru vulkanı iki dəfə püskürüb
İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı iki dəfə püskürüb. xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin bəyanatında bildirilib. Kül vulkanın zirvəsindən 700 m, dəniz səviyyəsindən isə 4 376 m hündürlüyə çatıb. Qurum ətra
19 noyabrTramp Rubio və Vensin yanında aparat rəhbərinə prezident olmağı təklif etdi
ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Stiven Milleri dünyanın ən güclü adamı adlandıraraq, zarafatla ondan prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub. Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu bəyanatla Ağ Evdəki brifinq zamanı çıxış edib. "Hazırda b
21 noyabr