Pensiyaçı öz təqaüdünü niyə istədiyi bankdan ala bilmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Dünyanın əksər ölkələrində pensiyaçılar öz təqaüdlərini istədikləri bankdan ala bilirlər. Yəni hər bir pensiyaçı öz təqaüdünü hansı bankdan alacağını özü seçir. Banklar isə daha çox pensiyaçını cəlb etmək üçün, yəni pensiyaçılar öz təqaüdlərini məhz o banklardan alsınlar deyə, təqaüdçülər üçün xüsusi kampaniyalar keçirirlər. Beləki təqaüdçü pensiyasını öz hesablarında saxladıqları hər aya görə müəyyən bir faiz əlavə gəlirdə əldə edirlər. Bəzi banklarda isə artıq pensiyaçının təqaüdü dövlət tərəfindən hesabına yüklənən kimi bankda təqaüdçünün pensiya məbləğinin üzərinə dərhal əlavə 3-4 % əlavə pul yükləyir.
Ölkəmizdə isə pensiyaçılar öz pensiyalarını illərdir dövlətin müəyyən etdiyi 2 bankdan, yəni Beynəlxalq Bank və Kapital Bankdan alırlar. Buda hər ay pensiya verilməsi zamanı uzun növbələrə səbəb olur. Üstəlik hər iki bankın ölkə ərazisində heçdə bütün bankomatları işlək vəziyyətdə olmur. Bütün bu səbəblərə görə pensiyaçı öz təqaüdünü günlər sonra ala bilir. Bəs ölkəmizdə də bütün dünyada olduğu kimi pensiyaçı öz təqaüdünü hansı bankdan alacağını özü seçə bilərmi?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanda bu məsələ ilə bağlı artıq qərar verilib. Onun sözlərinə görə, sadəcə olaraq qərarın yerinə yetirilməsi mexanizmi hələ təsdiqlənməyib: "Mexanizm təsdiqləndikdən sonra, istənilən şəxs istənilən növ maaş və təqaüdünü istədiyi bankdan ala bilər. Çox güman ki, yanvar ayında Mərkəzi Bank bununla bağlı prosedur qaydalarını açıqlayacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Qədim Şuşada gözəllik yaradılır
Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!