"Bəzən göndərməyə pulum olmayıb, nəvaziş görməyib" - Nərimanın atası

"Bəzən göndərməyə pulum olmayıb, nəvaziş görməyib" - Nərimanın atası"Söz deyəndə insan birinci özünü göz önünə gətirər. Filan şeyi mənə, övladıma desələr, xoş gələr? Özünə rəva bilmədiyin sözü başqası üçün heç vaxt demə".

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri "Sportinfo.az"a açıqlamasında Çempionlar Liqasının əsas mərhələsində "Ayaks"a məğlubiyyətdən sonra (2:4) "Qarabağ"ın ən çox tənqid olunan oyunçusu Nəriman Axundzadənin atası Əhməd Axundov deyib.

O, övladının ünvanına ən çox səslənən "adamı var" iddiasına da aydınlıq gətirib:

"And olsun Allaha, o uşaq ilk günlər "Qarabağ"da nə əziyyətlər çəkib. Mənim bəzən ona göndərməyə pulum olmayıb. 12 yaşından Nəriman Bakıda qalır. Ata-ana nəvazişi görməyib. O yaşda gəlib "Qarabağ"da uşaqların içinə düşdü. İmkanım olmadı ki, Bakıda ev tutam. Anasının yanında qalsın, yeməyini yesin, rahat yerdə yatsın.

"Qarabağ"ın akademiyasında Elnur müəllim çox dəstək olub. Amma valideyin qayğısını kim əvəz edə bilər? Onun kimi var? Dayısı, əmiləri Lənkəranda qalır. Hamısı kasıb insanlardır. Yerli camaat da yaxından tanıyır. Nərimanı tapşırmağa kimisə olmayıb.

Onun adamı kimdir? Onun adamı Allahdır. Allah istəyib gəlib "Qarabağ"a çıxıb. "Qarabağ"da bu gün də heç kimlə münasibətim yoxdur. Baş məşqçi Qurban Qurbanovla bu yaxınlarda 2 dəqiqə söhbət etmək imkanım olub. Qurban müəllim bildirdi ki, yazılanlar Nərimana təsir etməməlidir, vəssalam".

Ata sağlam tənqidə bir söz demədiyini, amma kütləvi şəkildə Nərimanın üzərinə gedilməsini, təhqir olunmasını başa düşə bilmədiyini sözlərinə əlavə edib:

"Tənqid eləməyə bir söz demirəm. Tənqid onun xeyrinədir. Amma artıq-əskik yazmaq olmaz axı. Ayıbdır. Biz hamımız azərbaycanlıyıq. Niyə eyni millət olduğumuz halda bir-birimizə bu cür münasibət bəsləyirik? Mahir Emreli də eyni yolu keçib. Bir vaxtlar ona qarşı da belə münasibət var idi.

Açığı, Nərimanın da xaricə getməyini istəyirəm. Özünə də demişəm. Təklifləri də olub. Xeyirlisi nədirsə, o da olsun. Əlbəttə, başverənlər mənim üçün çox çətindir. Amma mən azarkeşlərə nə deyə bilərəm? Mənə elə bir insan deyiləm ki, onlara kobud cavab verim. Allah onların da köməyi olsun. Haqqı nahaqqa vermək olmaz. Bir insanın üzərinə getmək düzgün deyil. Bütün komanda uduzub axı. Bir nəfərin üzərin niyə düşsünlər ki? Bunu başa düşə bilmirəm. Nəriman kimə nə edib? Kimi söyüb, təhqir edib? Belə şey ola bilməz. Meydanda səhvi ola bilər, səhvsiz insan yoxdur. Qərəzli tənqid etmək, şəxsiyyətə toxunmaq olmaz".

Ə. Axundov sonda oğlunun "Qarabağ"a keçməsinin belə asan olmadığını və bu işdə onun istedadlı olmasının və Rəşad Sadıqovun əməyini xüsusi qabardıb:

"8 yaşında "Xəzər Lənkəran"da futbola gedib. Xəyal və Röyal qardaşlarının üzərində əziyyəti çox olub. Onda "Xəzər"də ən balaca yaş qrupu 10 yaş idi. Toral Bayramovun olduğu qrup. Nəriman da onlarla məşq edirdi. Həmişə yaşıdlarından böyüklər ilə oynayıb. "Qarabağ"da da hər zaman özündən 2 yaş böyük uşaqlarla oynayıb.

"Xəzər Lənkəran" dağılandan sonra tək Nəriman yox, çox sayda uşağı Rəşad Sadıqov "Qarabağ"ın akademiyasına yoxlanışa apardı. Arasında Toral Bayramov da var idi. Əslində, "Qarabağ"da Nərimana qalmağa yer vermirdilər. Çünki Nərimanın yaşında uşaqların qalmağına yer yox idi. Amma istedadına görə Rəşad Sadıqovun təşəbbüsü ilə orada saxladılar, yer verdilər. "Qarabağ"da qalmasında Rəşadın böyük xidməti olub".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 821   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

1 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr
.

Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

1 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

1 noyabr
.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

1 noyabr
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

1 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr