"Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq" - DEPUTAT

"Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq" - DEPUTAT12 Dekabr Ümummilli Lider Heydər Əliyevin anım Günüdür. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın taleyüklü məqamlarında ölkəni parçalanmadan, dövlətçiliyi süqutdan xilas etmiş dahi şəxsiyyətdir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi möhkəmlənmiş, dövlət idarəçiliyinin möhkəm təməli formalaşmış, milli maraqlar hər zaman prioritet kimi qorunmuşdur. Məhz Ulu Öndərin qətiyyətli addımları sayəsində ölkədə ictimai-siyasi sabitlik təmin edilmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm islahatlara start verilmişdir.

O, müstəqil Azərbaycanın təməlini hələ Sovet imperiyası dövründən atmağa başlamışdır. Onun ana dilimizə qarşı olan həssas yanaşması və milli kadrların yetişdirilməsi istiqamətində gördüyü işlər məhz uzaqgörənliyin və strateqliyin təcəssümü idi. Bu səbəbdən, Ümummilli Liderimiz Azərbaycan tarixinin fenomen şəxsiyyətlərindən biridir.

Ümumilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Azərbaycanın iqtisadi potensialının gücləndirilməsinə, enerji təhlükəsizliyinin təmininə, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınmasına imkan yaratmışdır. Onun formalaşdırdığı milli inkişaf modeli bu gün də ölkəmizin davamlı və dayanıqlı tərəqqisinin əsasını təşkil edir.

Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir, Azərbaycan güclü, müstəqil və qalib dövlət kimi beynəlxalq arenada layiqli yerini tutmaqdadır. Dövlət başçımız Cənab İlham Əliyevin qətiyyətli və praqmatik siyasəti nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, regionda yeni siyasi və iqtisadi reallıqlar formalaşdırmışdır. Bu inkişafın təməlində məhz Heydər Əliyev ideyaları, onun xalqına xidmət fəlsəfəsi dayanır.

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq, onun zəngin siyasi irsi, müdrik idarəçilik məktəbi və xalqa sədaqət nümunəsi gələcək nəsillər üçün əvəzolunmaz yol xəritəsi olaraq qalacaqdır.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 962   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr