Ov zamanı faciə: Dostunu güllələdi
Afyonkarahisarda ova gedərkən avtomobildə güllələnən və aparıldığı xəstəxanada həyatını itirən şəxsin, məhəllə və bazar gözətçisi olan dostunun təsadüfən açdığı atəş nəticəsində öldüyü müəyyən edilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, məhəllə muxtarı S.Y.A., məhəllə və bazar gözətçisi O.B., A.B. və Fatih Duru adlı dörd dost ov etmək üçün bir araya gəlib. Onlar avtomobillə ov edəcəkləri əraziyə gedərkən iddiaya görə, maşında olan tüfəklərdən biri qəfil atəş açıb. Tüfəngdən çıxan güllə Fatih Durunun boyun nahiyəsinə dəyib.
Dostlarının vurulduğunu görən şəxslər avtomobili Sultandağı Dövlət Xəstəxanasının qarşısına sürərək kömək istəyiblər. Lakin Fatih Duru burada göstərilən tibbi yardıma baxmayaraq həyatını itirib.
Hadisə ilə bağlı əraziyə gələn jandarma əməkdaşları avtomobilə ətraflı baxış keçirib və 3 nəfəri saxlayıb. Eyni zamanda avtomobildə olan tüfəklər də götürülüb. Aparılan araşdırma zamanı tüfəngdən güllə açan şəxsin məhəllə və bazar gözətçisi O.B. olduğu müəyyən edilib. Onun ifadəsində tüfəngi təsadüfən açdığını və dostunu bilmədən vurduğunu dediyi bildirilib.
Şəxslər jandarmadakı prosedurlardan sonra məhkəməyə göndərilib. Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 640 Tarix: 15 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Küçədə salfet satan 68 yaşlı qadını avtomobil vuraraq öldürdü
Türkiyənin Aydın vilayətinin Efeler rayonunda yol qəzası baş verib. Svetoforda dayanan avtomobillərə salfet və su satdığı bildirilən 68 yaşlı Günay Çimentepe avtomobilin vurması nəticəsində həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Mimar Sinan məhəlləsində, Otoban qovşağında ba
19 avqustGecə Bakıda zeytun bağları yanıb
Bakının Xətai rayonunun Köhnə Günəşli qəsəbəsində, İnqilab İsmayılov küçəsində yerləşən zeytun bağlarında yanğın baş verib. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə gecə saat 03:40 radələrində başlayıb. Alov ərazidəki zeytun ağaclarını əhatə edib. Yanğının səbəb
21 avqustİdman zalında qadına şiddət göstərən şəxs sərbəst buraxıldı - VİDEO
Mersin’in Yenişehir ilçəsində idman zalında baş verən şiddət hadisəsi təhlükəsizlik kameralarına əks olunub. Mübahisə etdiyi qadının boğazını sıxan şəxs, zaldakı başqa bir qadının müdaxiləsi nəticəsində uzaqlaşdırılıb. Hadisədən sonra saxlanılan şübhəli məhkəmə tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəs
27 avqustSu anbarında kişi meyiti tapıldı
Türkiyənin Diyarbəkir vilayətinin Çınar rayonunda yerləşən Göksu Su Anbarında kişi meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, dünən su anbarında bir şəxsin suda hərəkətsiz vəziyyətdə olduğunu görən vətəndaşlar dərhal 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər. Məlumatın ardından əraziy
18 avqustNövbəti 4 gündə hava "od tutub yanacaq" - PROQNOZ
Avqustun 22-25-də Azərbaycanda hava yağmursuz keçəcək, temperatur 41-dək yüksələcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək:. "Avqustu
22 avqustQonşu davası qanlı bitdi
Türkiyənin Kayseri vilayətinin Yahyalı rayonunda keçmiş məhəllə muxtarı Selahattin Şahin silahlı hücum nəticəsində həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, hadisə səhər saatlarında Yahyalı rayonunun Kapuzbaşı məhəlləsində baş verib. Məlumata görə, 52 yaşlı keçmiş muxtar Selahattin Şahi
26 avqust