Azərbaycanda yeni agentlik yaradılır - FƏRMAN
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılır.
Sonxeber.az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanda əksini tapıb.
Fərmanla "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi haqqında Əsasnamə" təsdiq edilir.
Müəyyən edilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirən və icra göstəricilərini təhlil edən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olan qurumdur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda pensiyaların VERİLMƏ TARİXİ DƏYİŞƏ BİLƏR - hər ayın eyni günü…
Məktəblilərin yay tətili qısaldılacaq? - AÇIQLAMA
Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR
Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…
Əsla əkməməli olduğunuz 4 bitki: Evlərin təməlini belə çatladır
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Avtomobil şinlərindəki rəngli xətlərin sirri məlum oldu
Hava dəyişir: Bu tarixədək YAĞIŞ YAĞACAQ - XƏBƏRDARLIQ
Bakıda və Abşeronda yağışlı hava BU TARİXƏDƏK DAVAM EDƏCƏK - XƏBƏRDARLIQ
Əhaliyə PİS XƏBƏR! Bu məhsul kəskin şəkildə BAHALAŞACAQ - XƏBƏRDARLIQ
Tənha qadınların pensiya yaşı azaldıla bilərmi? - İqtisadçıdan AÇIQLAMA
Avropadakı dəhşətli istilər Azərbaycana gəlir? - TARİXİ AÇIQLANDI
8 il əvvəl tikilən binanın sonuncu mərtəbəsində yeni mənzil salınaraq satışa çıxarıldı (VİDEO)
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Azərbaycanda kiçik məbləğli onlayn kreditə tələb artır