Ərdoğan Trampla telefonla danışacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Ukrayna mövzusunda danışıqlar aparacağını açıqlayıb.
Milli.Az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə telefon danışığı 5 yanvar tarixində baş tutacaq.
Ərdoğan bildirib ki, danışıqlar zamanı həm Fələstin məsələsi, həm də Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq. Türkiyə liderinin sözlərinə görə görüş regional və qlobal proseslər baxımından mühüm əhəmiyyət daşıyır.
O, həmçinin qeyd edib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Parisdə "istəklilər koalisiyası" formatı çərçivəsində keçiriləcək danışıqlarda iştirak edəcək.
Xatırladaq ki, Ərdoğan dekabrın 13-də Ukraynada sülhün yaxın olduğunu bəyan etmişdi. O, Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Ukraynadakı vəziyyətin müzakirə edildiyini və bu mövzuda ABŞ prezidenti Donald Trampla da fikir mübadiləsi aparmağı planlaşdırdığını demişdi.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 746 Tarix: 02 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər
Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident
14 oktyabrEmoməli Rəhmon Azərbaycana yola düşüb
2026-cı il oktyabrın 14-də Tacikistan Respublikasının rəhbəri Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına qatılmaq məqsədilə Azərbaycana yola düşüb. -ın məlumatına görə, bu barədə xəbəri Tacikistan dövlət başçısının mətbuat xidmət
14 oktyabrBakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]
15 oktyabrAzərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"
"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i
15 oktyabr