"Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın etibarlı tərəfdaş və gələcək qurucusu olduğunu bir daha sübut etdi" - DEPUTAT
Yanvarın 8-də Bakıda keçirilən "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi Azərbaycanın enerji strategiyasında yeni və mühüm mərhələnin başlanğıcı kimi tarixə yazıldı. 240 MVt gücündə bu stansiyanın istismara verilməsi təkcə texniki nailiyyət deyil, dövlətimizin gələcəyə hesablanmış, düşünülmüş siyasətinin real nəticəsidir.
Möhtərəm Cənab Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bir daha təsdiqlədi ki, Azərbaycan enerji sahəsində istehsalçı olmaqla yanaşı, eyni zamanda innovasiya, etibarlılıq və dayanıqlılıq modeli təqdim edən ölkəyə çevrilir. Son iyirmi ildə enerji sistemimizin demək olar ki, tam yenilənməsi, generasiya güclərinin üç dəfədən çox artaraq 10 min meqavat səviyyəsinə çatması strateji baxışın nəticəsidir. Bu gün bərpaolunan enerji istiqamətində atılan addımlar həmin strategiyanın məntiqi davamıdır.
"Xızı-Abşeron" Külək Elektrik Stansiyası Səudiyyə Ərəbistanının aparıcı enerji şirkəti olan ACWA Power tərəfindən inşa edilib və bu fakt Azərbaycanın beynəlxalq investisiya mühitinə olan yüksək etimadın bariz göstəricisidir. Layihənin həyata keçirilməsində Çin Xalq Respublikasının şirkətlərinin də fəal iştirakı ölkəmizin çoxtərəfli əməkdaşlıq modelinin uğurla işlədiyini nümayiş etdirir və biz üç ölkəni birləşdirən tərəfdaşlığın real nəticəsini görürük.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, gələcək illərdə Səudiyyə Ərəbistanının dəstəyi əsasında dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı qurulacaq mərkəz ölkəmizin içməli suya olan tələbatını, eyni zamanda kənd təsərrüfatında davamlı su təminatını yaxşılaşdıracaq mühüm layihədir.
Açlışı həyata keçirilən "Xızı-Abşeron" Külək Elektrik Stansiyası eyni zamanda Azərbaycanın yaşıl enerjiyə keçid siyasətinin ifadəsidir. Bərpaolunan enerji mənbələrinin genişləndirilməsi daxili tələbatın etibarlı təminatı ilə yanaşı, elektrik enerjisinin ixrac potensialını da artırır, enerji təhlükəsizliyimizi daha da möhkəmləndirir. Xüsusilə Xəzər dənizinin nəhəng külək potensialının mərhələli şəkildə reallaşdırılması ölkəmizi regionun aparıcı təmiz enerji mərkəzinə çevirəcək.
Biz bilirik ki, bundan əvvəl Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan əhatə edən Qara dənizin dibi ilə keçəcək elektrik xəttinin layihəsini reallaşdırır. Bütün bunlar görülən işlərin miqyasının göstəricisidir.
Ölkə başçımızın vurğuladığı kimi, yaxın illərdə batareya enerji saxlanclarının yaradılması, Günəş və külək stansiyalarının sayının artması Azərbaycanın enerji xəritəsini tamamilə yeni keyfiyyət mərhələsinə çıxaracaq. Proses iqtisadi dividendlər, ekoloji məsuliyyət, gələcək nəsillərə sağlam mühit mirası deməkdir.
Qürurla qeyd etməliyik ki, "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın sözün həqiqi mənasında etibarlı dövlət, etibarlı tərəfdaş və etibarlı gələcək qurucusu olduğunu bir daha sübut etdi. Atılan addımlar, görülən işlər güclü, dayanıqlı və müasir Azərbaycanın sabahına hesablanmış strateji yol xəritəsidir.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI
Qədim Şuşada gözəllik yaradılır