Taksi artıq lüksə çevrilir: Kəskin bahalaşacaq
Son aylarda Rusiyada taksi qiymətlərinin hiss olunacaq dərəcədə artması təsadüfi deyil.
Musavat.com xəbər verir ki, Rusiya mediasına danışan "Rəqəmsal dünya" assosiasiyasının eksperti Valeri Korneyev 2026-cı ildə taksi xidmətlərinin orta qiymətinin 15-18 faiz bahalaşa biləcəyini proqnozlaşdırıb.
Ekspertin sözlərinə görə, bahalaşmanın əsas səbəbləri daşıyıcıların artan xərcləridir. Avtomobillər üçün bahalı kreditlər, ehtiyat hissələrinin və texniki xidmətin qiymətinin yüksəlməsi, eləcə də ümumi inflyasiya fonu taksi sektoruna ciddi təzyiq göstərir.
Korneyev vurğulayıb ki, hətta əsas faiz dərəcəsinin 10-12 faizə enməsi belə vəziyyəti qısa müddətdə dəyişməyəcək. Onun fikrincə, bu addımın taksi bazarına təsiri gecikmiş formada özünü göstərəcək və sərnişinlər üçün real ucuzlaşma ən tez 2027-ci ildən sonra mümkün ola bilər.
Beləliklə, yaxın illərdə Rusiyada taksidən istifadə getdikcə daha baha başa gələcək və gündəlik nəqliyyat vasitəsi anlayışı tədricən lüks xidmət anlayışına çevriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1541 Tarix: 11 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
1 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrBayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı
Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini
1 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrSükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad
1 noyabrHövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
1 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabr