Toy zamanı daha bir şadlıq sarayında yanğın oldu - Video
Yanvarın 10-u Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Firuzə şadlıq sarayında yanğın olub.
"Qafqazinfo" xəbər verir ki, hadisə toy məclisi zamanı baş verib. Bildirilib ki, tavanda başlayan yanğın səbəbi ilə salonda tüstülənmə olub.
Sarayın inzibatçısı hadisə ilə bağlı Xəzər TV-yə bildirib ki, yanğına səbəb dekor qurğuları olub: "Toy təzəcə başlamışdı. Yanğın balaca qığılcım səbəbindən olub. Qonaqlar tez bir zamanda salondan çıxdılar".
O, həmçinin qeyd edib ki, hadisə zamanı xəsarət alan və tüstüdən zəhərlənən olmayıb.
Qeyd olunub ki, qığılcım şadlıq sarayındakı işıqlandırma və tüstüvurma üçün istifadə edilən dekorasiya sistemində başlayıb. Sonradan açıq alovla müşayiət olunan yanğın zamanı dekorasiya üçün istifadə edilən tüstü qutuları da açılıb və zalı tüstü bürüyüb.
Xatırladaq ki, ötən il noyabrın 21-də Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən "Grand Neon" şadlıq sarayında da bənzər səbəbdən yanğın hadisəsi baş vermişdi.
Daha ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 793 Tarix: 12 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
1 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrBayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı
Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini
1 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrSükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad
1 noyabrHövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
1 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabr