"Mirzəzadə" Beauty Center-də müştəriləri aldadırlar-Video
Bu salonun açıq-aşkar qeyri-etik qazanc sxemi mövcuddur. "Endirim" adı altında Instagram-da reklam edərək müştəriləri salona cəlb edirlər. Lakin müştəri salona çatdıqda qarşısına tamamilə fərqli, həddindən artıq yüksək qiymətlər çıxarılır."
Bu sözləri jurnalist Fəridə Nizamiqızı @feride_nizamiqizi Instagram hesabında yazıb. O bildirib ki, yazışmaları sübut kimi göstərdikdə isə məsuliyyəti üzərindən atmağa, deyilənləri inkar etməyə çalışır, hətta "şərçi" adlandıraraq təhlükəli və təhqiramiz davranış sərgiləyirlər.
Jurnalistin sözlərinə görə, bundan əlavə, Instagram-da başqa bir salonun adı ilə eyni adlı səhifə yaradılaraq, həmin salonun müştərilərini yanıltmaq və cəlb etmək cəhdləri də müşahidə olunur. İddialar həmin eyni adlı salonun səhifəsində paylaşılan yazılara əsaslanır.
O, qeyd edib ki, yuxarıda qeyd olunan bu cür əməllərin hüquqi adı var - aldatma və fırıldaqçılıq. Onun sözlərinə görə, ölkə qanunvericiliyi bu tip hallara qarşı kifayət qədər ciddi və effektiv şəkildə işləyir. O bildirib ki, zaman-zaman bu mövzu ilə bağlı, boş vaxtı olduqca ictimaiyyətlə paylaşımlar edəcək.
Məqsədi kimisə qaralamaq deyil, insanların məlumatlı olması və bu cür halların qurbanına çevrilməməsidir. O, vətəndaşlara çağırış edərək bu salona qarşı diqqətli olmağı tövsiyə edib və qeyd edib ki, sözügedən məkanla bağlı şikayətləri şəxsi mesajla deyil, rəsmi qaydada aidiyyəti qurumlara təqdim etmək daha məqsədəuyğundur ki, başqalarına da zərər dəyməsin.
Qeyd edək ki, çəkiliş zamanı müştəri xanımlardan biri aldadıldığını etiraf edib. O bildirib ki, prosedurun 30 manat olduğu deyilsə də, salonda ondan 250 manat tələb olunub. Müştəri məcbur qalaraq 130 manat ödədiyini deyib.Patrulaz.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1143 Tarix: 12 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
1 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrBayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı
Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini
1 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrSükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad
1 noyabrHövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
1 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabr