"Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində gündəlik formalaşdıran, təşəbbüs irəli sürən aktor kimi çıxış edir" - DEPUTAT

"Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində gündəlik formalaşdıran, təşəbbüs irəli sürən aktor kimi çıxış edir" - DEPUTATAzərbaycanın apardığı unikal xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Ölkəmiz fərqli coğrafi məkanlarda yerləşən, hətta bir çox hallarda, siyasi baxımdan bir-birinə zidd, lakin əməkdaşlıq baxımından perspektivli qurumlarla eyni anda qarşılıqlı etimada əsaslanan münasibətlər və tərəfdaşlıqlar qura bilir. Bu, Prezident İlham Əliyevin diplomatik çevikliyinin və strateji uzaqgörənliyinin göstəricisidir.

ABŞ-la münasibətlər: 8 avqust tarixində Prezidentin Vaşinqton səfəri zamanı, həmçinin, Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə yüksəlib. Ağ Evdə keçirilmiş və Prezident Donald Trampın şahidliyi ilə baş tutmuş Azərbaycan ilə Ermənistan arasında Vaşinqton razılaşmaları üç onillikdən çox davam edən gərginlikdən sonra regiona sülh, sabitlik və rifah gətirməsi məqsədi daşıyır. Bu irəliləyiş Cənubi Qafqazda yeni bir dövr açdı və xüsusilə Orta Dəhlizin funksionallığını artırmaqla regional iqtisadi imkanları genişləndirməyə xidmət edəcək. "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu" iki ölkə arasında münasibətləri möhkəmləndirməyə xidmət edir. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı 3 istiqaməti əhatə edir: Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar; Süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə; Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıqdır.

Çinlə strateji tərəfdaşlıq: Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir. Çinlə bərəbərhüquqlu əməkdaşlığın qurulması, münasibətlərin strateji səviyyəyə yüksəlməsi ölkə başçısı İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir göstəricisidir. Dövlət başçımızın nüfuzu, siyasi iradəsi və strateji addımları ölkəmizin yeni dünya düzəninin formalaşdığı bir dövrdə "orta güc dövləti"nə çevrilməsini təmin edir. "Bir kəmər, bir yol" təşəbbüsü Azərbaycanın "İpək Yolunun dirçəldilməsi" strategiyası və sosial-iqtisadi inkişaf planları ilə uzlaşır. Azərbaycan Çin Sədri tərəfindən irəli sürülmüş bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biridir.
Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. İki ölkə arasında münasibətlər tarixinin ən yüksək səviyyəsindədir və müxtəlif - siyasi, iqtisadi, mədəni, humanitar və nəqliyyat-logistika sahələri əhatə edir. Azərbaycan-Çin əlaqələri yalnız iqtisadi deyil, həm də geosiyasi və strateji sahələrdə güclənib. İki ölkə başçısı arasında şəxsi dostluq münasibətləri əməkdaşlığı daha da dərinləşməkdədir.
D-8 təşkilatına üzvlük: Azərbaycanın 19 dekabr 2024-cü ildə Qahirədə keçirilən XI Sammitdə yekdilliklə D-8 iqtisadi əməkdaşlıq təşkilatına üzv seçilməsi ölkəmizin artan nüfuzunun, iqtisadi gücünün, siyasi çəkisinin və etibarlı tərəfdaş imicinin növbəti təsdiqidir. Bu, təşkilatın yaradılmasından bəri ilk genişlənmədir ki, bu da Azərbaycanın regional və qlobal platformalarda artan rolunun göstəricisidir. Azərbaycan iqtisadiyyatının sənaye, kənd təsərrüfatı, enerji, rəqəmsal inkişaf, nəqliyyat-logistika və ixrac potensialının D-8 coğrafiyasında daha geniş tanıdılması üçün mühüm platformadır. 1 milyarddan artıq əhalini və 5 trilyon dollardan çox ÜDM-i təmsil edən geniş bazara çıxış üçün yeni imkanlar açır. Azərbaycanın "Cənub-Cənub əməkdaşlığı"na, İslam dünyası daxilində iqtisadi həmrəyliyə və inkişaf etməkdə olan ölkələrin birgə fəaliyyətinə verdiyi töhfələri daha da gücləndirir.
TDT-in güc mərkəzinə çevrilməsi: Azərbaycan təkcə TDT daxilində lider deyil, türk dünyasının geosiyasi, iqtisadi, mədəni və enerji koordinatorudur. Azərbaycanın və bütün türkdilli ölkələrin geosiyasi mövqeyi getdikcə daha da güclənir və TDT artıq qlobal güc mərkəzinə çevrilir. Azərbaycan qardaş Türk respublikaları ilə birgə yaratdığı bu təşkilatı öz ailəsi qismində görür və böyük Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir. Bu, özünü dövlət başçısının 14 fevral 2024-cü ildə andiçmə mərasimində çıxışı zamanı söylədiyi fikirlərdə bir daha ifadə edib. Prezident İlham Əliyev "Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır" deməklə dünyaya mesaj verdi ki, Azərbaycan böyük türk ailəsinə mənsubdur, bu ailə güclü, yenilməz və etibarlıdır və bundan sonra da türk dövlətləri və təşkilatları ilə əlaqələr daha da gücləndiriləcək, birgə uğurlu addımlar atılacaqdır. Bu bəyanat həm də türk birliyinin gücünün, qüdrətinin ifadəsi, onun sarsılmaz xarakterə malik olmasının göstəricisi idi.
Qonşularla normal münasibətlər: Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyi daim dəstəkləmiş, Rusiya, İran, Gürcüstan və Mərkəzi Asiya dövlətləri də daxil olmaqla bütün qonşuları ilə konstruktiv münasibətləri qoruyub saxlamışdır. 2020-ci il müharibəsindən sonra Azərbaycan regionu əsaslı şəkildə yenidən formalaşdırır və münaqişə mirasını regional əməkdaşlıq, iqtisadi inkişaf və açıq bağlantılara çevirir. Azərbaycanın strateji vizyonu Cənubi Qafqazı münaqişə meydanından imkanlar məkanına - tərəfdaşlıqlar, investisiyalar və qarşılıqlı bağlantılarla xarakterizə olunan bir regiona çevirməkdir.
Yaxın Şərq siyasəti: Azərbaycan öz ərazisində münaqişəni bitirib, indi regional və beynəlxalq arenada sülh dialoqunun təbliğatçısı qismində çıxış edir. Azərbaycan İslam dünyasının lider dövlətlərindən birinə çevrilmiş, müsəlman aləmini narahat edən hər bir məsələyə həssas yanaşır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Suriya xalqına humanitar dəstək göstərilmişdir. Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndirib. Suriyaya təbii qaz tədarükü 2025-ci il ərzində 0,5 milyard kubmetr olub.
Bu, Azərbaycanın İslam dünyasında və Qoşulmama Hərəkatı çərçivəsində etibarlı tərəfdaş statusunu, diplomatik çevikliyini və beynəlxalq hörmətini göstərir.

BMT ilə səmərəli əməkdaşlıq: Bunu COP29 çərçivəsində UNFCCC ilə, Pandemiya zamanı ÜST ilə, işğaldan azad olunmuş ərazilərdə ekoloji zərərin qiymətləndirilməsi üzrə UNEP-lə, Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi çərçivəsində UN-Habitatla, o cümlədən, ötən ilin sentyabrında Cənab Prezident İlham Əliyevin BMT-in 80 illiyinə həsr olunmuş Baş Assambleya iclasında iştirakı zamanı aydın görə bilirik. Son dövrlərdə, BMT ilə münasibətlər ətraf mühitin qorunması, ekoloji ədalət, dayanıqlılıq kimi mövzularda prioritet təşkil edir.

Regional diplomatiya: Azərbaycan Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşləri formatına tamhüquqlu iştirakçı kimi qoşulub. Mərkəzi Asiya və Azərbaycan bu gün dünyada əhəmiyyəti davamlı olaraq artan vahid 6-lıq geosiyasi və geoiqtisadi regiondur.

Azərbaycan bu gün həm Avropa İttifaqı, həm də MDB üçün etibarlı tərəfdaş sayılır. Ölkəmiz bu təşkilatların hər biri ilə öz milli maraqlarına uyğun şəkildə əməkdaşlıq edir və hər bir platformada regionun sülh, sabitlik və inkişaf gündəliyini irəli sürür. Bu siyasət Azərbaycanın heç bir blok qarşıdurmasına qoşulmadan, amma eyni zamanda bütün tərəflərlə konstruktiv dialoq qura bilməsinin bariz nümunəsidir. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə iştirakı həm də bu siyasətin canlı ifadəsidir.

Müxtəlif liderlər Prezidentimizin tövsiyyə və fikirlərini eşitmək üçün ikitərəfli görüşlər keçirirlər. Onlar etiraf edirlər ki, belə bir həssas regionda Azərbaycan ideal xarici siyasət kursu həyata keçirə bilir və öz gündəliyini irəlilədir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə göstərdiyi humanitar təşəbbüslər, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində islam dünyasının birliyi naminə atdığı addımlar, Vaşinqton Sülh Sammiti ilə Cənubi Qafqaz regionuna sülh gətirilməsi şübhəsiz ki, Azərbaycanın nüfuzunu qaldırmaqla yanaşı, ölkəmizə ehtiyacı artırır.

Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində gündəlik formalaşdıran, təşəbbüs irəli sürən aktor kimi çıxış edir. Bu uğurların əsasını həm də, Azərbaycanın həyata keçirdiyi uğurlu iqtisadi diplomatiya təşkil edir.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 956   Tarix: 13 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021