İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib

İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin zavodun həyətində ucaldılmış büstü önünə gül dəstəsi qoyub.

Müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına müəssisədə yaradılmış şərait barədə məlumat verib.

Bildirilib ki, zavod 1976-cı ildə Lionozovo elektromexanika zavodunun Tərtər filialı olaraq yaradılıb. 1977-ci ilin aprelində fəaliyyətə başlayan zavodda elektrotexnika sənayesi məhsulları və xüsusi təyinatlı məhsullar istehsal edilib. İlk illərdə burada mühərrikli qayıqlar üçün "Taxometr-spidometr" məhsulları hazırlanıb.

Zavodun əsasını qoymuş ümummilli lider Heydər Əliyev 1978-ci ildə onun rəsmi açılış mərasimində iştirak edib.

Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən Müdafiə Sənayesi Nazirliyi yaradılıb və Tərtər elektromexanika zavodunun nazirliyin tabeliyinə verilib.

Müxtəlif növ hərbi təyinatlı məhsullar istehsal ediləcək müəssisədə bir sıra qabaqcıl dövlətlərdən alınmış müasir, yüksək dəqiqlikli texnoloji avadanlıqlar quraşdırılıb. Texnoloji xətlərin layihələndirilməsi, istehsal axınlarının qurulması və seriyalı istehsala uyğunlaşma "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin yerli mütəxəssisləri tərəfindən icra edilib. Hazırda istehsal proseslərinin milli hərbi-texniki normalara, beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılması həyata keçirilir. Bu məqsədlə keyfiyyətə nəzarət laboratoriyası yaradılıb.

Zavodun ərazisində genişmiqyaslı tikinti və yenidənqurma işləri həyata keçirilib, yeni istehsalat binaları və sahələri, həmçinin köməkçi binalar istifadəyə verilib. Mövcud tikililərdə yenidənqurma işləri aparılıb, texnoloji prosesin tələblərinə uyğun olaraq ballistik və resurs sınaqları üçün xüsusi poliqonlar yaradılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti müdafiə sənayesinin inkişafına xüsusi diqqət yetirir. Bu sahədə yerli şirkətlər qurulur, xarici tərəfdaşlarla əlaqələr genişləndirilir, ən müasir çağırışlara cavab verən texnologiyaların tətbiqi ilə istehsalın həcmi artırılır. Ötən il ölkəmiz 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edib ki, bunların bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin arsenalına, bir hissəsi isə ixraca yönəldilib. Hazırda Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.
İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edibİlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edibİlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edibİlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edibİlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edibİlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edibİlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edibİlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edibİlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edibİlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edibİlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edibİlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edibİlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edibİlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edibİlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib12:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Sonxeber.az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 832   Tarix: 13 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:. "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfində

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

14 oktyabr
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın inkişaf yolu, tarixi Zəfəri və yeni geosiyasi reallıqları

2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin tarixdən ötən 23 il ərzində Azərbaycan dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu, xarici siyasət və ərazi bütövlüyünün təmin olunmas

14 oktyabr
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr
.

Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətlərində qardaşlıq qarşılıqlı hörmətə və suverenliyə ehtirama əsaslanmalıdır

Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlığa, ortaq milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə söykənir. Bu münasibətlərin gücü yalnız ortaq tariximizdə deyil, həm də bir-birimizin dövlətçilik maraqlarına, suveren hüquqlarına və milli seçimlərinə hörmətlə yanaşmağımızdadır. Məhz buna gör

15 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr