Bir ilə 54 tender qazanan sirli "Azsur Group" - 13 milyonluq sifariş alan MMC kimindir?
Satınalma müsabiqələrində fəal şirkətlərdən biri də "Azsur Group" MMC-dir.
Qaynarinfo xəbər verir ki, şirkət yeni ilin ilk ayında artıq 2 tenderin qalibi seçilib.
Bu tenderlər Naxçıvan Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat" MMC tərəfindən keçirilib.
İcra hakimiyyətinin keçirdiyi tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 314 433 manatdır. Şirkət bu məbləğə Naxçıvan şəhəri Babək məhəlləsi 25 və N.Tusi küçəsində yerləşən 30 mənzili əsaslı təmir və zəruri avadanlıqlarla təchiz etməlidir.
"Əsaslı Tikinti və Təchizat" MMC-nin keçirdiyi satınalma müsabiqəsi isə Tovuz rayonunda yerləşən Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinin satın alınması ilə bağlıdır. MMC buna görə "Azsur Group" şirkətinə 383 500 manat ödəməlidir.
Araşdırmalarımız zamanı məlum olub ki, "Azsur Group" MMC ötən il 54 tenderin qalibi seçilib. Bu tenderlər Oğuz, Hacıqabul, Ağstafa, Qəbələ, Qazax rayon icra hakimiyyətləri də daxil müxtəlif qurumlar tərəfindən keçirilib. Şirkətin qalibi seçildiyi tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 13 681 037,36 manatdır.
Bəs dövlət qurumların iri layihələri etibar etdiyi bu şirkət haqqında nə bilirik?
İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Azsur Group" MMC 21 FEVRAL 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbəli, ev 21F, mənzil 21F-də yerləşən şirkətin qanuni təmsilçisi İmanlı Rəşad Yasəf oğludur.
Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Rəşad İmanlı barəsində də hər hası məlumata rast gəlinmir. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Musayev Sərxan Mətləb oğlu olub. Onun haqqında da heç bir məlumat yoxdur.
"Azsur Group" MMC-nin veb-səhifəsi olsa da, işlək deyil. Bu baxımdan şirkətin maddi-texniki bazasının hansı səviyyədə olduğu, çalışdığı sahədə peşəkarlığının olub-olmaması bəlli deyil. Bəlli olan odur ki, bu sirli şirkət iri məbləğli dövlət layihələrinin icra edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 711 Tarix: 13 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrHövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
1 noyabrBakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabr