"Prezident İlham Əliyev müşavirədəki çıxışında paytaxt Bakı şəhərinin kanalizasiya məsələsinə xüsusi toxunub" - AÇIQLAMA

"Prezident İlham Əliyev müşavirədəki çıxışında paytaxt Bakı şəhərinin kanalizasiya məsələsinə xüsusi toxunub" - AÇIQLAMA"Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə həsr olunan müşavirə keçirilib. Həmin gün həmçinin dövlət başçısının Sərəncamı ilə "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib", - bunları Sonxeber.az -a açıqlama verən tarix elmləri doktoru, professor Həcər Verdiyeva deyib:

"Dövlət Proqramı Bakı və Abşeron yarımadasında su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Prezidentin Sərəncamında Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsinin həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib.
Dövlət Proqramının əhatə etdiyi 2026-2035-ci illər ərzində su təchizatı və kanalizasiya sahəsində başlayacaq islahatlar ölkənin su infrastrukturunu gücləndirmək və ətraf mühitin qorunmasına töhfə vermək məqsədini daşıyır. Proqram iki əsas mərhələdən ibarət olacaq və hər iki mərhələ də ölkənin su təchizatını daha dayanıqlı və ekoloji cəhətdən təhlükəsiz hala gətirməyi hədəfləyir.
2026−2030-cü illəri əhatə edən birinci mərhələdə mövcud su və kanalizasiya şəbəkələrinin yenilənməsi və təmiri üzərində cəmləşəcək. Bu müddət ərzində yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üçün müasir texnologiyalar tətbiq ediləcək. Eyni zamanda, "ağıllı su şəbəkələri" qurulacaq və su şəbəkələrindəki itkilərin aşkarlanması məqsədilə innovativ həllər təqdim ediləcək.
Bu gün qarşıda duran problemlərdin biri su itkiləri ilə bağlıdır. Əhalinin artması, sənaye və digər istehsal sahələrinin genişlənməsi təbii ki, suya olan tələbatı artırır. Bununla əlaqədar görə hazırda 40-45 faiz təşkil edən itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir və proqramın icrası nəticəsində bu, kəskin azalmalıdır.
Prezident İlham Əliyev müşavirədəki çıxışında paytaxt Bakı şəhərinin kanalizasiya məsələsinə xüsusi toxunub. Bildirilib ki, bu gün əhalinin 50 faizinə kanalizasiya xidməti göstərilir və Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Dövlətimizin başçısı əlavə edib ki, "yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq".
2031−2035-ci illəri əhatə edən ikinci mərhələ isə su təchizatının fasiləsizliyini təmin etmək məqsədilə yeni su anbarları və nasos stansiyalarının inşasına yönələcək. Bu mərhələdə həmçinin su təchizatı və kanalizasiya şəbəkələrinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur.
Bu Proqramın icrası nəticəsində Azərbaycan içməli su mənbələrinin dayanıqlığını artıracaq, su şəbəkələrinin uçot sistemləri təkmilləşdiriləcək və alternativ su mənbələrindən istifadə ediləcək. Proqramın uzunmüddətli məqsədləri Bakı şəhərinin Baş Planı ilə uzlaşdırılaraq, müasir su təchizatı xidmətlərinin göstərilməsi və ölkənin su ehtiyatlarının səmərəli idarə olunmasına imkan yaradacaq.
Dövlət Proqramının Tədbirlər Planı su təchizatı və tullantı sularının idarə olunması sistemlərinin inkişafı, su sektorunda təbii fəlakət risklərinin və ekoloji dayanıqlığın idarə edilməsinin təmini və su sektorunda innovasiya və rəqəmsallaşması kimi üç əsas prioriteti özündə əks etdirir.
Qeyd edək ki, Dövlət Proqramında ciddi infrastruktur layihələrinin maliyyə yükünün ilkin mərhələdə dövlət-özəl əməkdaşlığı və beynəlxalq maliyyə qurumlarının kredit və qrant imkanları vasitəsilə qarşılanması nəzərdə tutulur. Bu yanaşma proqramın həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitlərinin təmin edilməsində mühüm rol oynayacaq. Bu, dövlət büdcəsinin daha optimal idarə edilməsi ilə yanaşı, xarici borcun azaldılması və beynəlxalq maliyyə qurumları ilə güclü əməkdaşlığın genişlənməsinə imkan verəcək".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1096   Tarix: 13 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:. "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfində

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

14 oktyabr
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın inkişaf yolu, tarixi Zəfəri və yeni geosiyasi reallıqları

2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin tarixdən ötən 23 il ərzində Azərbaycan dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu, xarici siyasət və ərazi bütövlüyünün təmin olunmas

14 oktyabr
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr
.

Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətlərində qardaşlıq qarşılıqlı hörmətə və suverenliyə ehtirama əsaslanmalıdır

Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlığa, ortaq milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə söykənir. Bu münasibətlərin gücü yalnız ortaq tariximizdə deyil, həm də bir-birimizin dövlətçilik maraqlarına, suveren hüquqlarına və milli seçimlərinə hörmətlə yanaşmağımızdadır. Məhz buna gör

15 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr