"Best Beef" kolbasalarında zərərli maddələr
Son illər bazarda "keyfiyyətli", "ət məhsulu" adı altında satılan kolbasaların tərkibi ciddi suallar doğurur. "Best Beef" müəssisəsinə məxsus servelat kolbasasının üzərində göstərilən məlumatlar da bu məhsulun tam təbii olmadığını açıq şəkildə ortaya qoyur.
Məhsulun etiketində kolbasanın tərkibində müxtəlif qida əlavələrindən (E kodlardan) istifadə edildiyi qeyd olunur. Bu isə onu göstərir ki, sözügedən kolbasa yalnız ət və təbii ədviyyatlardan ibarət deyil.
XALQ xəbər verir ki, etiketdə göstərilən tərkibə əsasən məhsulda ən az 3 zərərli qida əlavəsindən istifadı edilib.
Onlardan biri də E450 - Fosfatlar yəni turşuluq tənzimləyicisizidir.
Bu maddə məhsulun həcmini artırmaq və su tutumunu yüksəltmək üçün istifadə olunur.
Bu qida əlavəsi kalsiumun orqanizmdən çıxmasına səbəb ola bilir,
sümük əriməsi riskini artırır, böyrək və ürək-damar problemləri olanlar üçün təhlükəlidir.
Uşaqlar və yaşlılar üçün tövsiyə edilmir.
Məhsuldakı E300 - Askorbin turşusu (antioksidant) adətən məhsulun rəngini qorumaq və oksidləşmənin qarşısını almaq üçün qatılır.
Nisbətən təhlükəsiz hesab olunsa da, emal olunmuş ət məhsullarında istifadəsi məhsulun təbii olmadığını göstərir.
E627 - Dinatrium guanilat (dad və iy gücləndiricisi) isə kolbasaya süni dad vermək məqsədi ilə istifadə olunur.
Bu qida əlavəsi sinir sisteminə təsir göstərə bilir, baş ağrısı, ürəkbulanma yarada bilir. Allergik reaksiyalara səbəb ola bilir. Bu maddə uşaqlar üçün xüsusilə zərərlidir.
Məhsulun etiket məlumatları açıq şəkildə göstərir ki, "Best Beef" servelat kolbasasının tərkibi tam təbii deyil. Məhsulda dad artırıcılar, struktur formalaşdıran və həcmi süni şəkildə çoxaldan qida əlavələri mövcuddur.
Bu cür əlavələr qısa müddətdə məhsulun görünüşünü və dadını cəlbedici etsə də, müntəzəm istifadəsi sağlamlıq üçün risk yarada bilər.
Mütəxəssislər məsləhət görür ki, istehlakçılar kolbasa və digər emal olunmuş ət məhsullarını seçərkən etiket məlumatlarına xüsusilə diqqət etməli, "ət məhsulu" adı altında satılan hər məhsulu təbii hesab etməməlidirlər.
Qeyd edək ki, bir neçə il əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi apardığı yoxlama zamanı "Best Beef" müəssisəsinə məxsus "Ocaq" kolbsalarında etiket və tərkibdə uyğunsuzluq aşkarlamış, buna görə müəssisə cərimələnmiş, məhsul sarışdan çıxarılmışdı.
Məsələ ilə bağlı qarşı tərəfi dinləməyə hazırıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1174 Tarix: 14 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrHövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
1 noyabrBakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabr