"Məhz bu faktor Vaşinqtonu ehtiyyatla hərəkət etməyə sövq edir" - AÇIQLAMA
"ABŞ prezidenti Donald Trampın İranla bağlı açıqlaması rəsmi Vaşinqtonun İslam ölkəsində baş verən proseslərə müdaxilə etmək ehtimalının göstəricisidir. Bilindiyi kimi, İranda daxili siyasi vəziyyət hazırda olduqca mürəkkəbdir və baş verən hadisələr məhz rejimin zaman - zaman etdiyi səhvlərin nəticəsidir. İndiki situasiyada Birləşmiş Ştatların İrana mümkün müdaxiləsi riskli bir yanaşmadır. Çünki hər hansı bir hərbi addım regionda domino effekti yarada bilər və bundan bütün bölgə dövlətləri ciddi zərər görər. Təbii ki, hal hazırda keçirilən etirazlar fonunda rejimin legitimliyi sual altındadır və çox güman ki, hadisələr bu minvalla davam edərsə İranda rejim dəyişikliyinin şahidi olacıq".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, belə bir məqamda Birləşmiş Ştatların mövqeyi, sərgilədiyi ritorika heçdə İran xalqının qayğılarından qaynaqlanan məqamlar üzərindən deyil:
"Mahiyyət tamamilə fərqlidir. Vaşinqton rəsmiləri İranda nüvə proqramını dayandırmağı tələb edir və əllərindəki zənginləşdirilmiş uranı ələ keçirmək istəyir. Çünki 60 faiz zəngiləşdirilmiş uran o deməkdir ki, cənub qonşumuz nüvə silahının bir addımlığındadır və bu situasiya ABŞ-İsrail birliyi üçün ən arzuolunmaz ssenaridir.
Əgər aksiyalar çərçivəsində Birləşmiş Ştatlar hələ də İrana hərbi müdaxilə etmirsə bunun əsas səbəbi məhz geosiyasi dinamika ilə bağlıdır. Yəni, hər hansı bir hərbi hərəkətlilik aksiyaların mahiyyətini dəyişə bilər və rejimin irəli sürdüyü arqumentləri əsaslandırar. Məhz bu faktor Vaşinqtonu ehtiyyatla hərəkət etməyə sövq edir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi