"Qanlı hadisələrdən sonra xalqın azadlıq arzusu daha da gücləndi" - AÇIQLAMA
"20 Yanvar - Ümumxalq Hüzn Günü Azərbaycan xalqının müasir tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Bakıya və digər şəhərlərə yeridilməsi nəticəsində yüzlərlə günahsız insan qətlə yetirildi, yüzlərlə yaralandı, bir çoxu itkin düşdü. Bu qanlı hadisə xalqın azadlıq hərəkatını boğmaq məqsədi daşısa da, əksinə, milli müstəqillik iradəsini daha da gücləndirdi. 20 Yanvar həm dərin kədər, həm də böyük qürur günü kimi yaddaşlarda yaşayır, çünki insanlar öz həyatlarını Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda qurban verdilər".
Bunu Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd etdi bu gün hər il ölkədə geniş anım tədbirləri ilə qeyd olunur, şəhidlərin xatirəsi ehtiramla yad edilir:
"Onların mübarizəsi gənc nəsillərə milli qürur və azadlıq dərsi kimi təqdim olunur. Ulu Öndər Heydər Əliyevin Moskvada verdiyi bəyanat faciənin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı və Azərbaycanın milli maraqlarını müdafiə etmək yolunda tarixi dönüş nöqtəsi oldu.
20 Yanvar faciəsi Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi hesab edilir. Qanlı hadisələrdən sonra xalqın azadlıq arzusu daha da gücləndi və 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına aparan proseslərin ideoloji dayağına çevrildi. Bu günün mahiyyəti yalnız hüzn deyil, həm də milli qürur və mübarizə iradəsidir.
Beləliklə, 20 Yanvar - Ümumxalq Hüzn Günü Azərbaycan xalqının azadlıq uğrunda göstərdiyi fədakarlığın, milli birliyin və müstəqillik əzminin simvoludur. Şəhidlərin xatirəsi hər zaman ehtiramla yad edilir, onların mübarizəsi isə müasir Azərbaycanın möhkəm ideoloji sütunlarından biri olaraq qalır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi